Kişilər ağlamaz deyiblər. Məhz bu səbəbdən də ağlayan kişilərə çox nadir rast gəlinir. Qadınlar kişilər qədər güclü deyil. Problemlər, ayrılıqlar onların gözündən yaş gətirə bilir. Amma kişilər belə deyil. Kişilərin qadınlara nisbətən daha qəddar ürəkləri olur. Bəs, bir kişini nə ağlamağa məcbur edə bilər.
Əslində ağlayır amma sizin yanınızda yox – gizlin bir köşəyə çəkilib ağlayan kişilər əslində, “Kişilər ağlamaz” deyə böyüdülüb. Bu isə onların psixologiyasına ciddi təsir edib. Bu kimi davranışlar böyük sevgilərin basdırlmasına yol aça bilər. Onlar çox qürurlu olur və göstərə bildiyi duyğular ancaq əsəbləridir. Çox duyusal olsalar da, duyğularını xaricə göstərmək üçün sizin yardımınıza ehtiyacları var. Əhvalı yaxşı olmadığı zamanlarda işində və həyatından hər hansı problemi olub-olmamasını soruşun. Heç bir problemi olmasa belə bu söhbətdən sonra özünü daha yaxın hiss eədcək. Problemi olduğu zaman onu yaxşı anlaycağını bildiyi üçün bütün dərdini sizinlə bölüşəcək. Güvəni artdıqca duyğularını da daha açıq göstərə biləcək. Kişilər qadınları təəccübləndirmək və daim güclü görünmək istəyir. Duyğularını açıq şəkiləd ifadə etməyi onlar zəiflik kimi qavrayır. Sizin özəlliyiniz də duyğusallığın bir kişidə ola biləcək ən yaxşı xüsusiyyətolduğunu ona aşılamaqdır.
Xəyalları puç olduğu zaman – Bu tip kişilər işləri istədiyi kimi getməyəndə ağlayır. Onun göz yaşları duyğusallıqdan irəli gəlmir. Özünü başqa cür ifadə edə bilmdiyi üçün göz yaşlarını saxlaya bilmir və hadisələrə ağlayaraq reaksiya verir. Bu tip insanların vücudları ağlayaraq sakitləşir və belə proqramlaşdırılıb. Onu idarə etməyin ən yaxşı yolu duyğularına hakim ola bilmədyi anlarda kənara çəkilib sakitləşməsinə imkan verməkdir. Aşırı duyğusallığının qarşısını almaq üçün həkimə müraciət edə bilərsiniz.
Daim soyuqqanlı – Bu sizi təəccübləndirə bilər amma soyuqqanlı kişilər daha həssas olur. Sizi qoruya bilmək və güvəndə olduğunuzu hiss etdirə bilmək üçün ciddi və sərt görünməyə üstünlük verir. Bu kişilərin əsl problemi isə duyğularını izah etməkdə çətinlik çəkmələridir. Özəl anlarda duyğularını aça bilməsi üçün onu cəsarətləndirin. Kişilər kobud hərəkətlərinin bir qadın tərəfindən qəbul edilmədiyini gördüyü zaman yumşalır və sərt görüntüsünün altındakı həssas kişi obarzı ortaya çıxır.
Ağlamaqdan heç çəkinmir – Sevgiliniz duyğusal anlarda gözləri dolur və ağlamadan daya bilmirsə, bilin ki, özünüzə yaxşı həyat yoldaşı tapmısınız. Onlar duyğularını açıq şəkildə ifadə edə bilən yetişkin kişilərdir. Duyğuları və hissləri ilə barışıq olduğu üçün onları ifadə etməkdən utanmır. Bu cür kişilər əslində güclü xarakterə malikdir. Onlar sizi hərəkətlərinizdən də çox tez başa düşür. Sizi başa düşdüyü üçün xoşbəxt etməyi bacaracaq.