Kişilər necə qadın arzulayır???

0
2327
Kişilər necə qadın arzulayır???

 Sizcə kişilər necə biur qadın istəyərlər? Bu barədə heç düşünməmisinizsə, o zaman indi bizimlə düşünün. 


Mükəmməl bədən quruluşu? Dərin zəka sahibi? Ya da gözəl bir insan? Analarına bənzəyən bir qadınmı istəyirlər, yoxsa tamamilə əksinə? Uzun boylumu, qısa boylumu? Sarışınmı, əsmərmi? Onlar sadəcə bütün yaxşı xüsusiyyətlərə malik olan yəni, ideal qadın arzusundadır. Lakin bilmirlər ki, belə bir qadın mövcud deyil. Eh kişilərin siyahısı bitmək bilmir…

Anam kimisən!
 
Bu kişilərin ən çox işlətdikləri sözlərdən biridir. Həm analarından vaz keçə bilmirlər və həyatda qarşılaşdıqları bütün qadınlardan eyni şəfqəti və qayğını gözləyərlər, həm də anansı kimi danşan və hərəkət edən məqamlarda xoşlarına gəlməz. Tərəfdaşlarının dəstəyini hər zaman gözləyərlər. Dərdlərini onları başa düşə bilən birinə anlatmaq istəyərlər lakin, tənqid edilməyi qəbul edə bilmirlər. “Xeyr anam kimi danışırsan!” deyib söhbəti başqa tərəfə yönəldirlər. Siz, ən yaxşısı ortaq məxrəcdə olan məqamı tutun və elə hərəkət edin.

Kişilər axmaq qadınları sevir!
 
Eşit amma inanma məsəli burda yerinə düşər. Kişilərin ağıllı qadını sevmədiyi klişesi əslində, doğru deyil. Olsa-olsa rol oynayan qadınları bəyənə bilərlər. Hansı kişidən soruşsanız, cavab verəcək ki, “Axmaq qadınlara bir dəqiqə belə dözə bilmərəm". Kişilər qadınların bəzilərinin rol oynamasını belə qiymətləndirir: “Qadınlar heç vaxt axmaq olmur. Onların necə ağıllı olduğunu görmək lazımdır. Sadəcə rol oynayırlar”

ŞƏRH YAZIN