Kişilər nədən qorxur???

0
2039
Kişilər nədən qorxur???

 Hər bir insan evlilikdən öncə bəzi qorxu hissləri keçirər. Hansı ki, bu hisslər onları uzun bir müddət rahat buraxmaz. Söhbət kişilərin toydan öncəsi keçirdiyi qorxu və şübhələrdən gedir. Psixoloqlar keçirdikləri sorğulara əsasən, bu qorxuların ən önəmlilərinin siyahılarını hazırlayıblar. 


Kişilər qorxurlar ki, evlilikdən sonra onlar ikinci plana düşərlər. Birinci plana isə uşaqlar, iş və ya başqa biri keçə bilər.

Kişilər ehtiyat edirlər ki, qadınlar zamanla öz analarına oxşamağa başlayacaqlar. Kişilər isə iki ana istəmirlər.

Güclü cinsin nümayəndələrinin digər qorxuları isə öz çatışmazlıqları ilə bağlıdır. Qorxurlar ki, başqaları onların zəif cəhətlərini, xüsusilə də intim məsələlərdəki zəif cəhətlərini biləcəklər.
 
Həyat yoldaşlarının rəfiqələri ilə onu müzakirə etmələrindən də qorxurlar.
 
Nəhayət kişilər evləndikdən sonra intim həyatlarının tədricən zəifləyəcəyindən və yoxa çıxacağından qorxurlar. Evlənməyə hazırlaşan kişilər qorxurlar ki, seksin sayı azalacaq və yox olacaq.

ŞƏRH YAZIN