Kişilər Nəyi Sevir?

0
6317
Kişilər Nəyi Sevir?

Kişilərin qadınlarda ən çox sevdiyi 11 hərəkəti təqdim edirik.

1. Elə bilirsiz ki, oyuncaq kukla kimi bəzənəndə kişinin daha çox xoşuna gəlirsiz? Doğru deyil. İdmandan sonra üzərinizdə idman büstqalteri və şortla, bədəniniz tərli, öz parıltısı ilə iyrənc göründüyünüzü düşünürsüzsə, kişilər heç də belə hesab eləmir. Əksinə, bu halınız onların çox xoşuna gəlir.

2. Qadın sevdiyi kişinin köynəyini geyindiyində kişilər daha da çılğınlaşır. Bu, kişidə "bu qadın mənə məxsusdur!" əminliyini daha da artırır.

3. Utancverici tələbəlik fotoları. Fotoları sevgilinizin əlindən tez alıb "Aman Allahım! Buna baxma, burda çirkinəm" - deməniz kişilərin xoşuna gəlir. Onu da bilin ki, keçmiş fotolarda olan görünüşünüz sizi sevən biri üçün heç vaxt önəmli deyil.

4. Bütün mətbəx bacarıqlarını bir araya gətirib sevdiyiniz üçün romantik şam süfrəsi hazırlamanız çox xoşdur, ancaq kişilər bir divanda oturub hazırladığınız sadə vermeşil və küftə yeməyi daha çox xoşlayırlar.

5. Uşaqlarla yaxşı yola getməniz. Münasibətin ilk başlanğıcında hələ var olmayan uşaqlara ad seçməniz kişilərin xoşuna getməyə bilər, ancaq uşaqları sevməniz, onlarla yaxşı yola getməniz kişiləri "bəlkə" deyə düşündürür.

6. Film zövqü. Kişilər və qadınlar heç vaxt filmlə bağlı bir qərara gələ bilməyəcəklər. Ancaq kişilər bunu xoşlayırlar.

7. Gizli gözəllik ləvazimatları. İnsanların arasında kosmetik vasitələrə lağ edə bilərlər, ancaq gizlində istifadə edirlər.

8. Ailəsinə qarşı səbr etməniz. Ailəsinin hər sözünü səbrlə qəbul edib onlara qarşı çıxmamanız və bu halın sevdiyinizlə aranızda soyuqluq yaratmaması kişilərin xoşuna gedir.

9. Boşqabınızı təmizləməniz. "Bunu yeməkdən xoşum gəlir. Dadı möhtəşəmdir" – deməniz sizdə həyatın bütün dadlarına, ləzzətlərinə qarşı doymaq bilməyən bir iştahanızın olduğu anlamına gəlir.

10. Sərt davranışlarınız və özünüzə güvəniniz. Çox işinizi özünüzün həll etməniz, kişiyə ehtiyacınızın olmadığını göstərməniz kişilərin xoşuna gəlir.

11. Həmin gecənin harda bitəcəyini bildirən qadın baxışı. Bu baxış dizləri titrədəcək qədər təsirlidir. Qadınlar bu baxışı yaxşı bilirlər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN