Kişiləri xoşbəxt etmək bu qədər asanmış!

0
1357
Kişiləri xoşbəxt etmək bu qədər asanmış!

 Bir kişini xoşbəxt etmək istəyirsənsə, sizə müjdəmiz var. Çünki, Britaniya alimləri bütün dünyanı lərzəyə salacaq kəşf ediblər: onlar öyrəniblər ki, kişilər nədən xoşbəxt ola bilərlər.


Kembric universitetinin tədqiqatçılarının hesabatlarına görə, əsl kişilər təmizlik aparmağı sevirlər. Məhz evdə görülən bu iş əhval-ruhiyyəni qaldırır və qadınla münaqişədən xilas edir.

Tədqiqatçılar iddia edirlər ki, kişi evin təmizliyinə daha çox diqqət ayıranda evdəki məişət söz-söhbətləri və gərgin atmosfer aradan qalxır.

Məsələ ondadır ki, kişi evdəki işin bir hissəsini üzərinə götürməsə, özünü günahkar hesab edir. Həmçinin sakit ev təmizliyi həyatı narazı və deyingən qadınla səs-küylü həyatdan daha yaxşıdır.

Alimlər aydınlaşdırıblar ki, kişi üzərinə daha çox məişət məsuliyyəti götürəndə evdəki münaqişələr sakitləşir və ev daha da xoş olur.

Əslində alimlər tədqiqatlardan tamam başqa nəticə gözləyirdilər. Bəlkə də səbəb odur ki, kişilər ürəklərində cinsi bərabərliyin tərəfdarlarıdırlar və onlar evdə işin çox hissəsini qadınlar görəndə narahat olurlar.

Tədqiqat bundan öncə Britaniya alimlərinin apardığı elmi araşdırmanın nəticələrini təkzib edir. Onlara görə, kişilərin əksəriyyəti qadınlara karyera qurmağa icazə verməklə yanaşı onlardan evdə və ailədə daha çox iş tələb edirlər.

ŞƏRH YAZIN