Küskünlüyün qarşısını necə ala bilərik?

0
2160
Küskünlüyün qarşısını necə ala bilərik?

 Küskünlük, inciklik hər münaqişədə yaşanan durumdur. Belə durum yaşandığı an da tərəflər bir müddət ayyrı qalmağın daha yaxşı olduğunu düşünər. İnciklik üçün hər hansı bir davranış və hərəkətdə küsməmək qeyri mümkündür. Amma küsməyin kök və amillərini tanıyaraq, qarşısını almaq mümkündür.


Hər iki tərəf üçün küsmək çox ağrılı və iztirabla bir yerdə olur. Ancaq buna baxmayaraq, tez-tez baş verir. Bunun da səbəbi odur ki, küsmək ibtidai bir rəftar deyildir, bəlkə reaksiyadır.
Ona görə də küsməyin qarşısını almaq üçün onun amillərinin yaranmasına imkan verməməliyik. Əgər şərait hazır olarsa, qarşı tərəfin küsməməsi üçün heç bir bəhanə qalmaz. Siz həyat yoldaşınızı artıq neçə ildir ki, tanıyırsınız və bilirsiniz ki, nələr onun xoşuna gəlir və nələr gəlmir. Ona görə də onu incidə biləcək şeylərdən qaçmağa çalışın.

O zaman ki, dava üçün zəminə hazır olar, həmişə güclü tərəf çığırmağa və fəryad çəkməyə başlayar. Məzlum olan tərəf isə bu təhqirləri eşidər və küsməkdən və inciməkdən başqa çarəsi qalmaz.

Əgər həyat yoldaşınızın küsməsini istəmirsinizsə, ruh və qəlbini incidəcək sözlərdən çəkinin. Elə rəftar edin ki, o, da özünü günahkar hesab edə bilsin. Narahat edici sözlərin yerinə elə məntiqli sözlərdən istifadə edə bilərsiniz ki, qarşı tərəf onu dava hesab etməsin. Ona görə də bir şeydən narazı qalan zaman öz əsəb və həyəcanınızı kontorl etməyi bacarmaq lazımdır. Əgər qarşı tərəf də sənin dediklərinə cavab vermək qabiliyyətinə malik olarsa o zaman səndən inciməz və ürəyində olanları sənə deyə bilər. Ancaq əgər onu qorxudub elə bir vəziyyət yaratsanız ki, hisslərini biruzə verməsin, bu zaman sizə təslim olacaq və inciyəcəkdir. Bunu unutmayın ki, sizin də zəif cəhətləriniz az deyildir. Həyat yoldaşınız ancaq onlara səbir edir.

Küsən ərlə arvadın fərqi

Əgər küsən tərəf qadın olarsa, kişi təkid edərək və sevgi göstərək onu razı sala bilər. Qadınlar malik olduqları həssas ruhiyyələrinə görə narahat olduqları vaxt əgər sevgi ilə qarşılaşarlarsa, bağışlaya bilirlər.

Ancaq əgər küsən tərəf kişi olarsa, barışmaq çox çətin olur. Çünki kişilər əsəbi olan zaman tək qalmaq istəyirlər. Sevgi göstərmək əks təsir yarada bilər. Qadının bu zaman görə biləcəyi tək iş - ərindən üzr istəməkdir. Bacardığı qədər ərinin incikliyini aradan qaldırmağa çalışsın.
Ailə elə bir yerdir ki, orada küsmək və incimək olmaz. Ailə rahatlıq və hüzur məkanı olmalıdır.

ŞƏRH YAZIN