Onlar niyə boşanır?

0
507
Onlar niyə boşanır?

 Elm adamlarının uzun sürən axtarışlarından sonra boşanma ilə nəticələnən səhvlər müəyyən edilib. Məlum olub ki, boşanmaların ən böyük səbəbi ünsiyyətsizlikdir. 


Saxtakarlıq – Əslində, yox demək istədiyini zaman, bəli demək səhv hərəkətdir. Bunu edənlər rədd və tənqid edilməkdən qorxanlar daha çox edir. Hər hansı münasibətə bilmirəm deyib, fikrinizi aydın şəkildə izah edə bilmirsinizmi? İstəmədiyiniz şeyləri sistematik olaraq qəbul edərək, sülhü və sakitliyi qorumaq üçün özümüzü arxa planda saxlayıb, küsmək və hikkəmizi yığmaqdan başqa bir işə yaramır. Təbii duyğularınızı, etirazınızı və fikirlərinizi qarşı tərəfə bildirə bilmirsinizsə, sizin başqa problemləriniz var. Onları həll etmədən sağlam münasibət quraq mümükn deyil. 

Uyğunsuzluq – adətən sözlərdən istifadə etmədən ünsiyyət qururuq və bu səbəbdən qarışıq mesajlar veririk. Bu zaman cütlüklərin niyə dalaşdığını və səslərini yüksəltdiyi zaman təəccüblənməmək lazım deyil. Gözləri süzdürmək və dodaq büzmək fərqli mənalar verə bilər. Yanlış anlaşılmamaq üçün göz təmasını itirməmək lazımdır. Belədə nə deyəcəyiniz planlamaq yerinə, qarşıdakını diqqətlə dinləyib gözlərinə baxın. 

İtirmək - təsirli ünsiyyət adi bir mesajla yazıb yollamaqla bitmir. Onu başa düşüb dəyərli fikir yazdığınız zaman təsirli ola bilər. Rahatsız olduğu mövzulardan bəhs etmək ünsiyyətin pozulmasına təsir edir. Bunun yerinə sevdiyiniz ortaq məsələrədn danışın. 

Bölmək cümlələri tamamlamaq və qarşıdakı insana cavab haqqı verməmək – bu xüsusiyyətlərdən birinə sahib olmaq can sıxıcıdır. Qarşıdakı insana sayğı duyursunuzsa, onun haqlarına da hörmət etməlisiniz. Kişilərin çoxu qadınların onlara düşünüb danışmaq üçün yetərli vaxt vermədiyini deyir. Cavab verməyə macal tapmadan verilən başqa sual onları narahat edir. 

Kobudluq – "Zibili atmağı unutma!”, "Evi çirkləndirmə” və.s kimi şeyləri əmr kimi və kobud şəkildə dilə gətirmək hörmətsizlikdir. Bunun yerinə, "Sevgilim, çox xahiş edirəm zibili də at” və.s xoş ifadələrlə kişilərə istəklərinizi bildirin.

ŞƏRH YAZIN