Onun Uğuru Sənin Uğurundur!

0
2294
Onun Uğuru Sənin Uğurundur!

Bir çox gənc qızlar ailə həyatı qurarkən yalnız xoşbəxt günlərinin olacağını düşünür. Halbuki, xoşbəxt ailə həyatını həm yaxşı, həm də pis günlərdə bir-birlərinin yanında olanlar yaşayır. Çətinlik görəndə qaçmağa üz tutan tərəflər isə, hər zaman xoşbəxt ola bilmir. İllər keçdikdən sonra əsl ailə həyatı başlayır, sevgi bitir və bu azmış kimi maliyyə problemləri baş qaldırır.

Qadınlar bir faktı qəbul etməlidirlər ki, onların həyat yoldaşlarının uğuru elə qadınların özlərindən asılıdır. Müvəqqəti çətinliklərə dözməyə hazır olan və ərinin uğuruna inanan qadın ailəsini bu çətin böhrandan çıxara bilər. 

Bəs həyat yoldaşınız tələbə və yaxud hələ gənc mütəxəssisdirsə,ona necə kömək edə bilərsiniz?

Bu zaman əsas olan həyat yoldaşınıza olan inamınızı sübut etməyinizdir. Sizin inamınızı hiss edən yoldaşınız daha həvəslə işləməyə və daha çox pul qazanmağa çalışacaq.

Daha sonra etməli olduğunuz digər şey isə onu olduğu kimi qəbul etməyinizdir. Onu heç kimlə müqayisə etməyin. Məsələn, filankəs səndən daha yaxşı işləyir, o səndən daha çox qazanır. Unutmayın ki, istənilən müqayisə onu yaralayacaq və bu heç vaxt unudulmur.

Bəzən gənc insan işində irəli getmək üçün fantaziya və ideya çatışmazlığından əziyyət çəkir. Ola bilsin ki, siz və yaxud sizin valideynləriniz bu bacarıqlara sahibdirlər. Belə isə ona kömək edin.

Bütün bunlarla yanaşı,etməli olduğunuz əsas şey onu sevməkdir. Yoldaşınızın sizin sevginizi hiss etdiyi halda,sizin üçün etməyəcəyi iş yoxdur.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN