Onun xəyanətini anlamaq üçün ...

0
1905
Onun xəyanətini anlamaq üçün ...

 Xəyanət edən tərəfin kim olmasından asılı olmayaraq, çox pis haldır. Sevgililərin, ailəli insanların, nişanlıların, bir sözlə, insanların əksəriyyətinin aldadılmaq qorxusu var.


İnsanlar zahiri görüntülər, işarələr və hərəkətlərə əsaslanaraq xəyanətə məruz qalıb-qalmadıqlarını müəyyənləşdirməyə çalışırlar. Bəzən peşman olur, bəzən yanılır, bəzən də düzgün qərar versələr də, onu həyata keçirmirlər.

Yanılma və ya doğru qərarın ikisinin də ortaq sonucu olur - depressiya, təəssüf...

Türkiyənin tanınmış psixoloqlarından biri, professor Cem Keçe xəyanət probleminin ən aşkar təzahür problemlərindən bəhs edib.

"Araşdırmalar göstərir ki, ailədə xəyanəti nəzərdən keçiririksə, qadınların şəfqət, eşq, diqqət axtarışına, kişilərin də kənarda diqqət aramasına çıxdıqları zaman xəyanət baş verir. Lakin səbəb nə olursa-olsun, ərlə arvad dəvəquşu təki başlarını quma gömməməli, problemi görməzdən gəlməməlidirlər. Çünki xəyanətin ilk mərhələsi diqqətsizlik və yalandır ki, onu sezmək gərəkdir", - Keçe deyib.
 
O, xəyanətin əsas simptomlarını sıralayıb:

- Hər dəfə harasa getmək üçün bəhanələr uydurur, evə gec gəlir
 
- Mobil telefon, planşet kompüter və ya noutbuka şifrə qoyur, bu şifrəni də sizdən gizlədir
 
- Facebook, Twitter, MSN kimi sosial şəbəkələrdə daha çox vaxt keçirməyə başlayır
 
- Tez-tez gəzintiyə çıxır
 
- Aradabir onun telefonu cavab vermir, zəng çalsa da, susur
 
- Sizinlə birlikdə olmağının həyatı və ya işində əngəllər yaratdığını düşünür
 
- Qəflətən idman etməyə başlayır, özünə, geyiminə çox böyük diqqət verir
 
- Xərclərində artım var
 
- Sizinlə danışanda fikri dağınıqdır və gözlərinizin içinə baxa bilmir
 
- Sizinlə soyuq davranır
 
- "Mənə nə edəcəyimi deməyə çalışırsan?" deyə sinirlənir
 
- Sizinlə "humanist və şəfqətli" davranır
 
- Gecədən xeyli keçmişədək kompüterdə çalışır və ya televizora baxır
 
- Ailə qayğılarını unutmağa başlayır
 
- Hər dəfə ikiniz yanaşı qalanda sanki siz yoxmuş təki davranır...

ŞƏRH YAZIN