Qadın kişidən daha çox qazanarsa ...

0
1953
Qadın kişidən daha çox qazanarsa ...

 Müazir dövrdə qadınlar artıq iş həyatında müəyyən bir yer tutub, söz sahibi ola bilirlər. Hətta bir çox peşə qrupunda qadınlar kişilərdən çox daha müvəffəqiyyətlidirlər. Aparılan tədqiqatlar göstərir ki, qadınlar kişilərdən daha tez iş tapa bilirlər.


Münasibətə mənfi təsir edir!
 
Çox vaxt qadınlar kişilərə nəzərən daha çox əmək haqqı alırlar. Buna əsasən də çox vaxt kişilər öz iş həyatını və karyerasını fəda edərək evdə oturub uşaqlara baxmağı və həyat yoldaşının gəliri ilə yaşamağı seçdiklərini görürük.
 
Təbii ki, bu hal asanlıqla qəbul oluna biləcək bir hal deyil! İqtisadi azadlığını tamamilə həyat yoldaşının əlinə keçməsi kişiləri narahat edir və zamanla münasibətdə problemlər yaratmağa başlayır və tarazlıq tamamilə pozulur. Amma vəziyyəti bir də qadınların tərəfindən düşünmək lazımdır. Pul qazanan qadın hiss etmədən həyat yoldaşını əzir və bütün bunlar uşaqlara (əgər varsa) mənfi təsir göstərir. Evin əsas ehtiyaclarını qadın qarşıladığı üçün də uşağın atasına olan güvəni tamamilə sarsılır.

Uşaqlara diqqət!
 
Tədqiqatlara görə işləyən qadın işləməyən qadına nəzərən evdə söz haqqı daha çoxdur. Bu vəziyyəti uşaqlar da görür və düşünün ki, uşaq dondurma almaq üçün pulu anasından istəyir, amma, görür ki, dostları atalarından istəyir və buna görə də uşaq böyük narahatlıq yaşamağa başlayır.
 
Özünə qapalı uşaqlarda bu hal gələcək həyatında işləmək istəməmək hissi yaradır, hələ uşaq yaşlarından yemək bişirmək istəyi, ev təmizləmək və bir kişi üçün həddindən artıq səliqəli olmaq kimi xarakterlər aşılayır. Bu halı normal qarşılayan uşaq gələcəkdə həyat yoldaşı ilə problemlər yaşayacaqdır və uşaqlarını da özü kimi böyüdəcəkdir.

Nəticə olaraq hər zaman vacib olan hər şeyi qədərində etməkdir. Təbii ki, evdə oturun, evi təmizləyin, yemək bişirin, uşaqlarınıza baxın və heç bir ictimai həyatınız olmasın, həyatınızı həyat yoldaşınıza bağlayın demirik. İşləyin, müvəffəqiyyət qazanın...  Amma bunu edərkən məsuliyyətlərinizdən qaçmayın. Həyat yoldaşınızı hər vaxt ucaldın. Onun müvəffəqiyyətiylə qürur duyun və bunu ona hiss etdirin. Əhəmiyyətli olan kimin çox qazandığı deyil. Əhəmiyyətli olan birlikdə əziyyət çəkib müvəffəqiyyəti bölüşməyi bacarmaqdır...

ŞƏRH YAZIN