Sağlam həyatın 11 qaydası!

0
1844
Sağlam həyatın 11 qaydası!

 Xoşbəxt münasibət arzulayırsınız. Bəs nə etməli? O zaman iş başına! Gündəlik stress və gərgin iş şəxsi həyata təsir edir. Psixloqlar qeyd edir ki, sağlam həyat yaşamaq üçün əvvəlcə şəxsi həyatı qaydasına salmaq lazımdır. 


1. Gündəlik etdiyiniz işləri bir az azaldın. Həyatın arxasınca qaçmaq yerinə bu günü və anın dadını çıxarın. Çünki günü mənalı edən də məhz, anı yaxşı yaşamaqdır. 

2. Risklər etməkdən çəkinməyin. Hər yeniliyin və riskin başında çətinliklər qarşılaşmağa hazır olun və bundan qətiyyən qorxmayın. 

3. Xəyal qurmaqdan bezməyin. Əvvəlki illərdə gerçəkləşən xəyallarınızı düşünün. Gec ya da tez hər şey yaxşı olacaq. Ümidinizi itirməyin. 

4. Hər bir işdə yaxşı olmağa və uğur əldə etməyə çalışın. Yaxşı və xeyirxah insanları hamı sevir. Bu duyğu sizi yaxşı hiss etdirəcək. 

5. İstədiyiniz hər şeyin sizdən asılı olduğunu unutmayın. Buna görə hər şeydən əlavə özünüzə zaman ayırın. Bol-bol deyin və gülün. Unutmayın, gülmək həm də insanları cavanlaşdırır. Dəyərinizi bilin. Beləliklə ətrafdakı insanlar sizi sevib və hörmət edəcək. 

6. Öz üzərinizdə işləyin. Nə istədiyinizə və nə hiss etdiyinizə qərar verin. Özünüzü başa düşmədikcə insanlarla ünsiyyət qurmaq çətin olacaq.

7. Ətrafdakı insanların fikrinə hörmət göstərin. Həyatınızı nəzarət altında saxlmağa çalışın. Yuxu və düzgün qidalanmaya diqqət edin. Hər şeyin çoxu və azı zərərlidir. Balansı tutmağı öyrənin. 

8. Mövcud olan şərtlər, bacarığınız və reallıqla arzularınız bir daha nəzərdən keçirin. Bacarığınız xaricində olan arzularınızı dəyişdirin. 

9. Xırda uğurlarınızı qeyd edin. Hər gündən zövq almağı bacarın. Hərdən səyahət edin. 

10. Həyatı ancaq nələrəsiəqazanmaq üçün yaşamayın. Yaşamalı olduğunuz üçün yaşayın. Buna görə də olmaq istədiyiniz insan kimi deyil, olduğunuz insan kimi yaşayın. 

11. Sevilməyin sevincini yaşayın.

ŞƏRH YAZIN