Tarixin ən bahalı boşanma hadisəsi ...

0
1799
Tarixin ən bahalı boşanma hadisəsi ...

 Bəzən boşanmaq hər iki tərəfin yaxşılığı üçün atılan addım olur. Amma tərəflərin biri həmişə itirir. Kimisi canından çox sevdiyi həyat yoldaşını, kimisi sadəcə uşaqlarının atasını, kimisi isə sərvətini... Sonuncu hala elə də çox rast gəlinməsə də, belə hallar da qeydə alınır. Məsələn, tarixin ən bahalı boşanma davası kimi qələmə düşən Mel Gibsonla Robyn Denise Moorelanın boşanması...


Belə ki, Hollywoodun Avstraliyalı məşhur aktyoru olan Mel Gibson 31 illik həyat yoldaşı Robyn Denise Mooreladan boşanmaq üçün 400 milyon dollar təzminat ödəyib və bu tarixə ən bahalı boşanma davası olaraq keçib.

Bu az deyilmiş kimi, məşhur aktyor 7 uşağının anası olan Robyne həyatı boyunca çəkdiyi bütün filmlərdən əldə etdiyi gəlirin yarısını da verəcək.

Cütlük, Gibsonun 2006-cı ildə Molibuda sərxoş halda avtomobil idarə edərkən tutulmasından sonra ayrı yaşamağa başlıyıb.

2009-cu ildə Gibsonun rus sevgilisi Oksana Qriqorievanın hamilə olmasının ortaya çıxmasıyla rəsmi boşanma başlamışdı.

Gibsonun boşanarkən sərvətinin yarısını itirməsinin səbəbi əvvəlcədən həyat yoldaşı ilə evlilik sözləşməsi bağlamaması olub.  

ŞƏRH YAZIN