1. Ailə həyatında ziddiyyətlə qarşılaşdıqda bunu faciə kimi qəbul etməyin. Çünki heç bir insan səhvsiz deyil. Unutmayın ki, hətta ideal ailələrdə belə ziddiyyət mövcud olur.
2. Qərarları qəbul edərkən ağıl və məntiqinizdən yararlanın və ya mütəxəssislə məsləhətləşin.
3. Həyatınıza dair qərarları özünüz verin və başqalarının bu barədə nə düşünəcəyi iradənizdə tərəddüd yaratmasın.
4. Həyatınızın yaxşı və ya pis olması sizin onu necə idarə etməyinizdən asılı olduğu üçün onu sağlam üsulla idarə etməyə cəhd edin.
5. Qərarları qəbul etməmişdən öncə həyat yoldaşınızın da fikrini öyrənin.
6. İmkan daxilində həyat yoldaşınızı öz məşğuliyyətlərinizə şərik edin.
7. Həyat yoldaşınız haqqında daima sağlam qeydləriniz olsun və onda yersiz səhv tutmayın.
8. Əgər həyat yoldaşınızın (xanımınızın) xüsusi narahatlığı varsa, özünüzü soyuqqanlı və etinasız göstərməyin, onunla həmdəm olub könlünü almağa çalışın.
Əgər həyat yoldaşınız (əriniz) fikrə dalmış və özünü unutmuşdursa, ona himayə olun. Belə vaxtlarda onun rəftarına səbr edin və ona zaman verin ki, problemlərini həll etsin.
Korrektə etdi: Elnarə İzel
9. Ailəvi gəzintilərə xüsusi vaxt ayırın.
10. Qayğılarınızın çoxluğu özünüzə diqqət yetirməməyinizə səbəb olmasın.
11. Həyat yoldaşınızı tənqid etmək istədikdə sözə zarafatla başlayın. Əvvəlcə onun yaxşı xüsusiyyətlərini sadalayın, sonra tənqidinizi ona təklif və ya sual şəklində bildirin.
12. Həyat yoldaşınızın yaxşı xüsusiyyətləri daima nəzərinizdə olsun və siz onu bu insani üstünlüklərinə görə həmişə tərifləyin.
13. Əgər həyat yoldaşınız sizdə səhv tutubsa, bunu şişirtməyin, bu səhvləri düzgün reaksiyayla aradan qaldırın.
14. Yoldaşınızı olduğu kimi qəbul edin.
15. Daxili iztirabların qəlbinizə yol tapmasına imkan verməyin. Əks təqdirdə qeyri-məntiqi düşüncələr sizə qələbə çalar.
16. Hər hansı bir narahatlıq zamanı özünüzü ələ almağa çalışın. Pis xəbərləri həyat yoldaşınıza çatdırmağa tələsməyin.
17. Qanqaraçılıq yarada biləcək hər bir şeydən çəkinin. Unutmayın ki, kiçik və dəyərsiz məsələlər dərin və ciddi problemlər yarada bilər.
18. Həyat yoldaşınızla tənə və kinayəylə danışmayın, zarafatları zəhərli oxlara çevirməyin.
19. Həyat yoldaşınızın ailəsi, dost-tanışları ilə ünsiyyət saxlayın, onlarla get-gəl etmək həyatınızı yüngülləşdirməkdə təsirlidir. Unutmayın ki, bizim yaxşı dostlara həmişə ehtiyacımız var.
20. Evin idarəçiliyində həyat yoldaşınızın işlərinə müdaxilə etməyin. Bu iş onu narahat edə bilər.
21. Qayınananızı həyatınızın müşkülü hesab etməyin.
22. Həyat yoldaşınızı heç vaxt övladlarınızın qarşısında alçaltmayın. Əks təqdirdə övladlarınızın yanında onun qədr-qiyməti olmayacaq.
23. İşləriniz barəsində həyat yoldaşınızla dərdləşin. Çox işlər var ki, çətindir, lakin bir kənar baxış və məsləhətlə asanlaşır.
24. Ev mühitini təmiz saxlayın və öz geyiminizə də diqqət edin. İmam Sadiq (ə) buyurub: “Şübhəsiz, Allah gözəldir və gözəlliyi sevir”.
25. Ən əsas! Həyat yoldaşınıza sevgi göstərin. Bunun müxtəlif yolları var. Fantaziyanızı işə salın və onu sevindirəcək bir sürpriz hazırlayın.