Utancaqlıqdan Xilas Ol!

0
2626
Utancaqlıqdan Xilas Ol!

Utancaqlıq bir çox fürsətlərə mane olur. Utancaqsansa, o çıxan fürsətləri ya görməzsən, ya da görsən də dəyərləndirməzsən. Utancaqlıq özünə inamı da baltalar və insanlarla əlaqənin iflasa uğramasına səbəb olar. Çox yaradıcı fikirləriniz olsa belə dilə gətirə bilmədiyinizdən iş yoldaşlarınızdan geri qala bilərsiniz.
Özünə inam çox əhəmiyyətlidir. 
Utancaqlıq özünüzə güvəninizin aşağı olduğunu göstərir. Səhv etməkdən qorxduğunuz üçün  irəliyə doğru addım atmırsınız. Niyə? Ətrafınızdakı insanlar səhv etmir mi?  Yenə də səhv etmək, fikir bəyan etməməkdən çox vaxt daha yaxşıdır. Özünüzə güvənin və fikrinizi rahatlıqla söyləyin. Ancaq fikirlərinizi bəyan etməklə önə gedə bilərsiniz. 
Ətrafınızda çox insan olduğu zaman danışa və həyəcandan nə edəcəyinizi bilmirsinizsə, onda onlar yoxmuş kimi düşünün. Sanki ayna qarşısında danışırmış kimi müəyyən bir nöqtəyə fikrinizi yönəldin. Zamanla göz təması qurmağa başlayacaq və özünüzü rahat hiss edəcəksiniz. 
Dəyərinizi bilin.
Utancaq insanlar, ümumiyyətlə, müvəffəqiyyətlərini göz ardı edər və özünü dəyərsizləşdirər. Ümumi yığıncaqda dilə gətirmək istədiyiniz fikirlərinizin çox lazımsız olduğunu düşünürsünüz? Xeyr! İşdə söyləyəcəyiniz hər bir fikir qiymətlidir. Öz dəyərinizi bilin və digərlərinin nə söyləyəcəyinə əhəmiyyət verməyin. Əks təqdirdə siz işinizdə heç bir zaman müvəffəqiyyətə nail ola bilməyəcəksiniz.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN