Üzü təmiz qırxılan kişilər ...

0
774
Üzü təmiz qırxılan kişilər ...

 Əgər bir xanımın xoşuna gəlmək istəyirsənsə, o zaman üzün təmiz qırxılmalıdır. Çünki, qadınlar üzü təmiz kişiləri daha çox bəyənir. Bunu mən yox, Yeni Zelandiya və Kanadada aparılan bir araşdırma deyir.


Belə ki, sözügedən ölkələrdə qadınların hansı kişiləri sevməsi ilə bağlı maraqlı araşdırma aparılıb. Əsas məqsəd zərif cinsin nümayəndələrinin saqqallı, yoxsa üzü təmiz olan kişiləri sevdiyini müəyyən etmək olub. Araşdırmada iştirak edən qadınlara saqqallı və üzü qırxılan kişilərin fotoları göstərilib. Qadınların böyük qismi üzü təmiz kişiləri bəyəndiklərini deyiblər.
 
Qadınların fikrincə, üzü saqqallı kişilər yaşlı və aqressiv görünür. Üzü təmiz qırxılan kişilər isə özünə qulluq edən və seksual görünüşə sahib olur.

ŞƏRH YAZIN