VALİDEYNLƏRİN KONFLİKTİNİN UŞAQLARA TƏSİRİ

0
2352
VALİDEYNLƏRİN KONFLİKTİNİN UŞAQLARA TƏSİRİ

Mənimlə həyat yoldaşım arasında konflikt var. Lakin bu konflikt söz mübahisəsi həddində deyil. Bu cür konflikt də uşağa mənfi təsir göstərir?

-Ata ilə ana arasındakı konflikt uşaqların ruhuna olduqca böyük mənfi təsiri olan evyıxan bəladır. Ata ilə ana arasındakı konflikt dedikdə, təkcə fiziki toqquşma nəzərdə tutulmur, əksinə, mübahisə və səsin ucaldılması da konflikt sayılır.
Həyat yoldaşınızla mübahisə edən zaman övladınızın üzünə baxın. Onun üzündə iztirab əlamətlərini aşkar müşahidə edəcəksiniz. Əksər hallarda bu iztirab rəngin qaçması ilə birgə müşahidə edilir. Azyaşlı uşaqlar valideynləri mübahisə edəndə onların yanına gəlir və yalvararaq dava etməmələrini istəyirlər. Ola bilər, daha böyük uşaq və yeniyetmələr öz narahatlıqlarını büruzə verməsinlər və bu onların üzlərində görünməsin. Lakin onların daxilində əsəb iltihabı olur və iztirab onların bütün vücudunu bürüyür.
Uşaq valideynləri arasındakı konfliktə görə iztiraba düçar olur. Çünki o, elə bilir ki, bu ixtilaf ayrılıqla nəticələnəcək, o, avara-sərgərdan qalacaq, qaranlıq və naməlum gələcəklə üzləşəcək.
Ata-ana arasındakı konflikt uşaqda ziddiyyət yaranmasına səbəb olur.
Tövsiyə edirik ki, həyat yoldaşınızla söz mübahisəsini kənara qoyasınız. Mübahisələrin çoxunun kökü puç və mənasız məsələlərdir ki, tərəflərin bir az fədakarlıq və könül genişliyi nümayiş etdirməsi ilə aradan qalxır.
 

ŞƏRH YAZIN