Xoşbəxt ailə tablosu üçün ...

0
4024
Xoşbəxt ailə tablosu üçün ...

 Xoşbəxt və sağlam bir ailə qumaq bəziləri üçün çox çətin görünür. Amma elə sadə üsullar var ki, siz xoşbəxt ailə tablosunu yarada bilərsiniz. 


1 - Yeməyi birlikdə yeyin.

Ailələrin birlikdə yemək yeməsi ailə bağlarını gücləndirir. Yemək yeyərkən televizoru söndürün, mobil telefonlarınızı da masadan uzaqlaşdırın.

2 - Ailənizlə çölə çıxın

Uşaqlarınıza qulaq asın və onlarla çölə çıxın. Gəzinti zamanı söhbət edib onların problemlərini dinləyin.

3 - Uşağınızın məktəb həyatına dəstək verin

Hər cür hərəkətini izləyib məhdudlaşdırmadan uşağınızın məktəb həyatıyla maraqlanın. Onların tapşırıqları, problem və aldığı qiymətlərlə bağlı söhbət edin. Zəif qiymətlərə görə mühakimə etməyin.

4 – Riskə getmələrini təmin edin

Məktəblərdə riskə getməyimizə maneə törədən faktorlar var. Ağaca dırmaşmaq kimi. Lakin əsl təhlükə uşaqları riskə getmədən yaşamalarını təmin etməkdir.

5 - İnternetə girdiyi saatlara nəzarət edin

Uşaqlarınızın sadəcə evdən hava qaralandan sonra çıxmalarını maneə törətməklə qalmayıb, internetə də çox gec saatlarda girməsinə də nəzarət edin.

6 - Həyata müsbət yaxınlaşın

Onlar mediadakı mənfi xəbərləri bizim kimi qəbul edə bilmirlər. Ailələr onları mənfi duyğulara istiqamətləndirmək yerinə, həyata müsbət baxmağını təmin etməlidir.

7 - Uşağınızın məktəbinə güvənin

Hamımız uşaqlarımızın mükəmməl bir təhsil almağını istəyirik və bunun üçün ən yaxşı məktəblərə göndərmək istəyirik. Təhsil mərkəzlərinə güvənmək məcburiyyətindəyik.

8 - Bu il ailəvi hədəfinizi təyin edin

Hər ilin əvvəlində ailə üzvlərinizlə daha yaxşı bir il keçirmək üçün həmin ilki hədəflərinizi təyin edin.

9 - Həm avtoritar olun, həm də olmayın

Uşaqlara yol göstərərkən onları təhqir edib, “mən dediyim üçün edəcəksən” kimi əmrlər verməyin.

10 - Öz uşaqlığınızı xatırlayın

Uşaqlığınızı onların uşaqlığı ilə müqayisə etməyin.

ŞƏRH YAZIN