Xoşbəxt Ailənin 5 Təməl Prinsipi

0
3067
Xoşbəxt Ailənin 5 Təməl Prinsipi

Çoxları düşünür ki, evliliyin başladığı anda problemlər də başlayır. Düzdür, ən çətin sınaq və problemlər məhz toydan sonra başlayır. Amma əgər istəsəniz, evlilik xoşbəxt həyatınızın da başlanğıcı ola bilər. Yaxşı həyat yoldaşı, ev xanımı və dost olmaq istəyirsinizsə, psixoloqların məsləhətinə əməl edin. Paxıllıq etməyin, öyrəndiklərinizi rəfiqələrinizlə də bölüşün.

1. Deyingən olmayın. Nə xəbərdir, səbriniz yoxdur? "Bütün günü evi təmizləyirəm, sən də gəlib aləmi bir-birinə vurursan. Hambalam sənin üçün?" və ya " Heç olmasa, zəng edib axşam gec gələcəyini deyə bilərdin. Mənim narahat olub-olmamağım sənin heç vecinə də deyil!" kimi sözlər ailə xoşbəxtliyini alt-üst edə bilər. Hər xırda məsələyə görə söz-söhbət yaratmayın. Narazı olsanız da bu hissi özünüzdə boğun. Evdə səliqəsiz olduğunu üzünə vurmayın. Gec gələndə də onu gülər üzlə qarşılayın.

2. Ərinizə inanın. Evlənən cütlüklər bir-birlərinə qeyd-şərtsiz inanmalıdırlar. Əgər o, ad günü münasibəti ilə katibəsinə gül bağışlayırsa və bunu özü deyirsə burada pis heç nə yoxdur. Sizə xəyanət etdiyini fikirləşmək, qısqanmaq, güdmək və ya münahisə etməyə dəyməz. Həyatınızı boş yerə niyə çətinləşdirirsiniz?

3. Ona mane olmayın. Kişilər üçün karyera hər şeydən vacibdir, axı onun bütün cəhdləri daha yüksək vəzifə və məvacib qazanmağa yönəlib. Həm də ərinizin bütün bunları sizin üçün etdiyini yaddan çıxartmayın.

4. Tənqid etməyin. Kişilərin əksəriyyəti təriflənməyi xoşlayır. Narazı baxış və acı sözlərinizlə onu özünüzdən bezdirə bilərsiniz. Bacardığınız qədər gülərüz olun, hətta ovqatınız çox yaxşı olmasa belə. Özü də bunu birinci gündən tətbiq edin, unutmayın ki, qorumaq bərpa etməkdən daha asandır. Ailəni qorumaq isə bütün qadınların ən başlıca vəzifəsidir. Bilmirsinizsə, deyək: ailə səadətinin nə az, nə çox - 95 %-i qadından asılıdır.

5. Sizə qarşı diqqətsiz olduğuna görə inciməyin. Kişilərin fikrincə, ailəni maddi cəhətdən təmin etmək, həyat yoldaşına hər gün bir dəstə gül almaqdan daha vacibdir. Onsuz da gül iki gündən sonra solacaq. Diqqəti sevirsinizsə, ilk növbədə özünüz ona qarşı qayğıkeş və nəvazişli olun.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN