Yeni evlilərin ailəsi ilə yaşaması düzgündür?

0
1716
Yeni evlilərin ailəsi ilə yaşaması düzgündür?

 Sən demə, gəlinlərin  qaynana ilə sözləşməsi, narazılıq və problemlər depressiya üçün zəmin yaradır. Bununla bağlı xəbərdarlıq edən mütəxəssislər yeni evlilərə ailələri ilə birgə yaşamamalarını məsləhət görür.


Türkiyənin Cumhuriyyət Universitetinin mütəxəssisi professor Orxan Doğanın sözlərinə görə, cütlüklər ayrı yaşasalar belə problemlərlə qarşılaşmaq riskidə daha az olar.
 
"Gəlin-qaynana arasındakı anlaşılmazlıqlar həm gəlin, həm də qaynana da depresiyaya səbəb ola bilər. Hətta baldızla olan münasibət belə mənfi nəticələrə gətirib çıxara bilər. Nəticədə gəlin ancaq öz uşaqları ilə, qaynana isə gəlinin onun əlindən aldığını düşündüyü oğlu ilə maraqlanmağa başlayır".

Professor özəlliklə şərq ölkələrində anaların oğlan uşaqlarına çox bağlı olduğunu, məhz buna görə də, evlilikdən sonra ailəsinin yanından ayrılmaq istəmədiyi üçün bəyin həyat yoldaşını da eyni evə gətirdiyininə diqqət çəkib. Nəticədə uzun müddət birlikdə yaşamaq narazılıqlara yol aça bilər. Depresiya isə gələcəkdə müşahidə edilə biləcək xəstəliklərin əsas təməlidir.

ŞƏRH YAZIN