Zövqsüz geyinən liderlər .

0
3230
Zövqsüz geyinən liderlər .

Bu məqalədə sizə ən zövqsüz geyinən 10 lideri təqdim edəcik.

 
Nömrə 10 - Vladimir Putin, Rusiya
Dünyanın ən böyük ölkəsinin prezidenti olan Vladimir Putin bu siyahının son pilləsində yer alıb. Bu yay müxtəlif pozaları ilə gündəmdə olan Putin zövqsüz elan olunub.
 
Nömrə 9 - Kim Çen İr, Şimali Koreya
Şimali Koreyanın lideri geyimdən heç bir şey anlamır. Qəribə tərzli günəş eynəkləri, 12 santimetrlik dikdaban ayaqqabıları, qabarıq saç modeliylə Kim Çen İr diqqəti özünə cəlb etməyi bacarır. 
 
Nömrə 8 - Ceykob Zuma, Cənubi Afrika
Adı qədər maraqlı bir geyim tərzinə sahib olan Zuma rəngli geyinməyi sevir. Zuma 2009-cu ilin may ayındakı seçkiləri qazandıqdan sonra qeyd etmə partisinə yaşıl və sarı parlaq xəttləri olan dəri pencəklə gəlmişdi. Bu partidən sonra 19 fərqli pencək növləri satışa çıxarıldı. Amma sorğu nəticəsində Zuma zövqsüz lider seçildi.
 
Nömrə. 7 - Augusto Pinoçet, Çili
17 dekabr 1974 - 11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti olmuşdur. 1943-cü ildə Pinoçet 20 yaşlı Lyusi Rodrigeslə evlənir. 5 uşaq atası olan Pinoçet zövqsüz liderlər arasında 7-ci pillədə yerləşir. 
 
Nömrə 6 - Müəmmar Qəddafi, Liviya
Qəddinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi. İşsizlik müavinət ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi. Qəddafi qəddarlığı ilə yanaşı, bahalı və zövqsüz geyimləri ilə də yaddaşlarda qaldı.
 
Nömrə 5 - Evo Morales, Boliviya
Boliviya dövlət başçısı bir siyasətçi kimi geyinməyən ancaq xalqının mənimsədiyi geyim tərzini seçən bir liderdir. Daha çox Boliviya xalqı arasında məşhur olan "chompa" adlı ənənəvi bir geyimi sevir. İspaniyadan Çinə, Çindən Cənub Afrikaya qədər getdiyi hər ölkədə Morales üzərindən bu geyimi çıxarmır. 2006-ci ildə  "Evo Fashion" adlı marka yaratmışdır. 
 
Nömrə 4 - Mahmud Əhmədinejad, İran
Deyilənə görə, prezidentin köynəklərindən Tehran bazarında tapmaq mümkündür. Onun pencəyi satışda 30 dollardır. Geyim tərzi ilə preizdent 4-cü pillədədir.  
 
Nömrə 3 - Mao Tsedun, Çin
30 il davam edən liderliyində onu nümunə götürən gənclər arasında yaşıl, boz və mavi Mao geyimləri yayılmışdı. O, Çin Xalq Respublikasının ilk lideridir. Ölümünün ardından Maonun geyim anlayışı da sürətlə yox olmağa başladı və bu gün Çinli işadamlarında görüldüyü kimi, Çin qərb geyim tərzini mənimsədi.
 
Nömrə 2 - Fidel Kastro, Kuba
Fidel Kastro Adidas tutqunudur. Keçmişdə əsgər formasını üzərindən çıxarmayan Kuba lideri xəstələndiyi gündən bəri Adidas formalarını geyməyə başladı. Kastro 2006-cı ildə keçirdiyi əməliyyatdan buyana Adidas formasını geyinir. 
 
Nömrə 1 - Ugo Çavez, Venesuela
Venesuelanın dövlət başçısı Ugo Çavez qırmızı rəngdən xoşlanır. Onun üzərində həmişə qırmızı qalstuk və ya başında qırmızı beret görmək mümkündür.

ŞƏRH YAZIN