Depressiyadan Azad Olmaq Üçün ...

0
1915
Depressiyadan Azad Olmaq Üçün ...

Gülümsəyin

Beyniniz yorğun olsa da, cansıxıcı şeylər yaşasanız da, gülümsəməyə çalışın. Gülümsəmək depressiyadan çıxmaq üçün ən fundamental ünsürlərdən biridir.

Yuxunu nizama salın

Gecə gec saatlara qədər oturub, səhərə yaxın yatıb, axşama oyanmaq sizə depressiyadan çıxmaq üçün kömək edə bilməz. Bu, bədən sağlamlığına da mənfi təsir edir. Əgər sağlamlığınızın yerində olmasını istəyirsinizsə, nizamlı yatmaq şərtdir.

Çay için

Çay depressiyaya yaxşı təsir edir. Ancaq seçiminiz bitki çaylarından yana olsun. Bu sizi rahatlaşdırar, bədəninizi mənfilikdən boşaldar.

Gözəl işlər görün

Özünüzü yaxşı hiss etdirəcək şeylər edin. Yoxsullara kömək edin, kimsəsiz uşaqları, kimsəsizlər evindəki yaşlıları ziyarət edin, yardım aksiyalarında könüllü iştirak edin və s. Əmin olun, bunun sizə çox faydası olacaqdır.

Hobbilər əldə edin

Özünüzü yeni və maraqlı işlərlə məşğul edin. Davamlı olaraq eyni şeyi düşünüb başınızda cürbəcür mənfi ssenarilər qurmayın. Özünüzü bunlardan uzaqlaşdıracaq bir şeylər tapın.

Sevdiklərinizlə dərdləşin

Ətrafınızda sizi anlayacaq və dinləyəcək insanlar mütləq vardır. Hər kəslə olmasa da, onlarla dərdləşə bilərsiniz. Çətinliklərinizi bölüşün. İçinizə atıb yığıb saxlamayın.

Evə qapanmayın

Kompüterin önündən qalxıb başqa işlərlə məşğul olmağa çalışın. Evə qapanmayın. Dostlarınızla, sevdiklərinizlə vaxt keçirin.

Kütləyə qarışın

Siz də bu cəmiyyətin bir fərdisiniz və cəmiyyətdəkilərin arasında olmaq ən təbii haqqınızdır. Təkbaşına da olsa, çölə çıxın. Gəzişin, dolaşın. Özünüzlə baş-başa qalmaq yerinə kütlənin içində iştirak edin.

Komediya filmləri izləyin

Onsuz da özünüzü yaxşı hiss etmirsiniz. Dramlara, trillerlərə vaxt itirməyin. Sizi əyləndirəcək, güldürəcək, kefinizi yerinə gətirəcək şeylər seyr edin.

Şokolad yeyin

Şokoladın verdiyi xoşbəxtlik maddəsi depressiyadan xilas olmağınıza kömək edə bilər. Ancaq bu şokolad yemək işini çox şişirtməyin. Hər şeyin çoxu zərərlidir təbii ki.

Sağlam qidalanın

Bədən özünü yaxşı hiss etdikdə bu zehinə və duyğulara da öz müsbət təsirini göstərir. Sağlam qidalansanız, bədəniniz də sağlam və gümrah olar. Şirniyyat və şokolad təbii ki, yeyəcəksiniz, ancaq ümumi olaraq sağlam qidalansanız, faydasını görəcəksiniz.

İdman edin

Sağlam beyin möhkəm bədəndə olur. İdman da möhkəm bədən üçün sağlam qidalanmaqla yanaşı, ən lazımlı ünsürlərdən biridir. Bir idman salonuna yazılın və ya evdə özünüz çalışın. Özünüzü həm fiziki olaraq, həm də ruhən daha yaxşı hiss edəcəksiniz.

Gülümsəyin

Bəli, ilk addımın eynisidir, ancaq bir dəfə daha tətbiq etmək lazımdır. Gülümsəyin. Hər şeyi beyininizə yığmayın. Həyatınızdakı bütün problemləri həll edə biləcək gücdə olduğunuzu bilin. Boş yerə özünüzü narahat etməyin.

Korrektə etdi: Hürü Mustafayeva

 

ŞƏRH YAZIN