Depressiyadan Uzaq Durmaq Üçün ...

0
1778
Depressiyadan Uzaq Durmaq Üçün ...

Bəzən hər şey yolunda getmək. İşdəki gərginlik və yorğunluq, evdəki problemlər, şəxsi münasibət... Bunların hamısı insanı depressiyaya sürükləyər. Əhvalın pis olduğu zamanlar həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur. 
Depressiyanın qarşısını almaq üçün qidalanma rasionuna fikir verilməlidir. Şəkərin miqdarının yüksək olduğu və rafinə karbohidratlı yeməklərdən adətən uzaq durmaq faydalıdır. Uzaq durmağın ən vacib səbəbi isə bu qidaların vücuddakı qan şəkərinin miqdarının ani artması və aşağı düşməsidir. Bu hal isə yorğunluq və əsəbiliyə yol açır. Mütəxəssislər qeyd edir ki, depressiv vəziyyətdə olduğunuz zaman alkolqollu içkilərə fikir verməmək lazımdır. Spritli içkilər pis vəziyyətdə olduğumuz zamanlarda özümüzü yaxşı hiss etdirə bilər. Lakin bir müddət sonra vəziyyətin əksinə olma ehtimalı olduqca yüksəkdir.
Depressiya hallarına alternativ yollar tapmaq istəyirsinizsə, bunu təbii şəkildə təmin edin. Qidalanmanıza fikir verin və işə onu düzgün rejimə salmaqla başlayın. Omega-3 yağı bu zamanlarda lazım olan əsas şeydir. Bundan başqa həzm sisteminə yaxşı təsir edən qidalar yeyin. 
Depressiyalı bir vəziyyətdə heç bir şey etmək istəməyə bilərsiniz. Lakin bu haldan uzaq durmalısınız. Özünüzü bir idman növünə alışdırmalısınız. Təbiətdə daha çox gəzinti və yüksək səsli musiqi dinləmək də yaxşı təsir edir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN