Əsəblərini sakitləşdirmək üçün ...

0
2050
Əsəblərini sakitləşdirmək üçün ...

 Əsəbisiniz və sakitləşməyə ehtiyacınız var. Nə edərsiniz??? Sizə sakitləşmənizi təmin edən 7 təklifimiz var. Tətbiq etdikcə, faydasını görəcəksiniz.


- Səssiz durun: Beyninizin içindəki bütün düşüncələri demə istəyi hər nə qədər ağır gəlsə də, bu kimi vəziyyətlərdə səssiz qalmaq ən doğru variantdır deyə bilərik.

- Əsəbinizi daha sonra peşman olacağınız sözlərə çevrilməsinə icazə vermək yerinə ağıllıca rəftar edərək səssiz qalın və düşüncələrinizi əks etdirmək üçün daha uyğun bir anı gözləyin.

- Vəziyyətin səbəbini tutub səssiz qalmağı bacardıqdan sonra, əsəbləşməyinizə səbəb olan vəziyyətin səbəbini düşünün. Xüsusilə ortada bir səhv başa düşülmə olmadığından əmin olun.

- Qarşınızdakı kimi düşünün: Əsəbləşməyinizə bir adam səbəb oldusa, vəziyyətə qarşınızdakı adamın gözündən baxmağı yoxlayın. Bu şəkildə daha yumşaq bir cavab verməyi bacaracaqsınız.

- Dərin nəfəs alın: Vəziyyət anında səssiz qalmağı bacarmaq üçün dərin və yavaş nəfəs alın. Nəfəs alıb vermək zehininizin rahatlamasına da köməkçi olacaq.

- Məkandan uzaqlaşın: Əsəbiləşməyə başladığınızı hiss etdiyinizdə məkanı dəyişdirərək hadisənin uzanmasına mane ola bilərsiniz.

- Vərdiş dəyişdirin: Əsəbinizə nəzarət etməyinizə maneə törədən vərdişlərdən xilas olmağa çalışın. Bu vərdişləri bir anda deyil ancaq yavaşca tərk edin.

- Cavab verməyə qərar verdiyinizdə: Danışmağa tənqid edərək başlamaq yerinə, öz hisslərinizi ifadə edərək başlayın. Problemi açıqca ortaya qoyun və nəyə əsəbiləşdiyinizə açıqlayın.

ŞƏRH YAZIN