Xoşbəxtlik nədir?

0
3638
Xoşbəxtlik nədir?

 Stressin bir çox qaynağı ola bilər. Amma onlardan ən önəmlisi işdə qazandığımız stressdir. Ofis mühiti, etdiyiniz işi sevməməyiniz, rəhbərlə yola getməməyiniz, aldığınız maaşın azlığı kimi onlarla faktor iş həyatındakı stressin yaxınlaşmağından xəbər verir. Çox vaxt əhəmiyyət vermədiyimiz streslər uzun müddətdə sağlığımıza ziyan vuracaq qədər önəmli bir mövzuya çevrlirlər.  İnsanların çoxu dolanışıq dərdindən, iş dəyişdirmə qorxusundan və ya özünə olan inamsızlığından bir işdə xoşbəxt olmasa da işləməyə davam edir. Stressi unutmağa çalışır. Ancaq bu çıxış yolu deyil. Əgər bir iş sizdə ciddi stress yaradırsa mütləq bir tədbir görməlisiniz. Sağlamlığınızdan vacib nə ola bilər? Bu məsələni başa düşmək üçün aşağıda iş həyatında stress ilə bağlı əsas statistikaı nəzərinizə çatdırırıq.


1. İşçilərin 56 faizi işlərinin “dözəbiləcək stres səviyyəsindən” daha çox stres yaratdığını söyləyir.

2. İşçilərin 38 faizi iş stersini borc stresindən, 29 faizi sağlamlıq problemlərinin yaratdığı stresdən, 20 faizi evliliyində yaşadığı çətinliklərin yaratdığı stresdən daha zərərli hesab edir.

3. Axşam iş vaxtı bitəndən sonra stresdən qurtulmağa çalışanların sayı 79 faizi təşkil edir.

4. Hər 5 işçidən 1-i həyatındakı stres səbəbindən evlilik ildönümü, uşağının doğum günü və ya həyat yoldaşının doğum günü kimi əhəmiyyətli tarixləri unudur.

5. Hər 2  işçidən 1-i iş həyatındakı stresin yuxu normasına təsir etdiyindən danışır.

6. İş həyatındakı stresin yemək vərdişlərinə təsir etdiyini söyləyən işçilərin sayı 22 faiz olduğu halda, işçilərin 24 faizi bu stresin sağlamlıqlarına da təsir etdiyini etiraf edirlər.

7. İşçilərin ən vacib stres mənbəyi həddən artıq iş yüküdür. Hər iki işçidən 1-i stresin əsas mənbəyinin hədsiz iş yükü olduğunu deyir.

8. Stresin digər qaynaqları 54 faizi rəhbər, 47 faizi yardım edilməmək, 24 faizi işi itirmə qorxusu, 45 faiz ilə reallıqdan uzaq hədəflərdir.

9. Stresin göstərdiyi təsirlər nəticəsində hər 5 insandan 1-i siqarət çəkməyə başlamış, demək olar ki, yarısı işdən sonra stresini unutmaq üçün alkoqollu içki içir, hətta işçilərin 12 faizi stresini unutmaqçün iş vaxtı belə içir.

10. Araşdırmalara qoşulan işçilərin 30 faizi streslə bağlı çətinliklərini ondan yüksək rəhbərlər danışa bilmədiklərini bildirirlər.

11. İşçilər streslə əlaqədar icazə alsalar da şirkətlərinə bunun əsas səbəbini bildirmirlər. “Stres”ə görə icazə alanlar ümumi icazə alanlara nisbəti sadəcə 5 faizdir. Yəni hər 20 nəfərdən 19-u həqiqətdə stres səbəbindən icazə istəsə də, rəhbərinə başqa bir səbəb uydurmaq məcburiyyətində qalır.

ŞƏRH YAZIN