Sənətin Stressə Faydası Varmı?

0
2434
Sənətin Stressə Faydası Varmı?

İtaliyada aparılan araşdırma sənətin və incəsənətin stress səviyyəsini aşağı salaraq sağlamlığa faydası olduğunu göstərib.

Boloniya Universitetinin etdiyi araşdırmaya görə sənət əsərlərinə baxmaq, stress hormonu olaraq kortizol səviyyəsini yüzdə altmış nisbətində aşağı sala bilir.

Boloniya Universitetində "həyat keyfiyyəti və sağlamlığın inkişaf etdirilməsi" dərsini verən Professor Enzo Grossinin başçılıq etdiyi araşdırma qrupu, sənətin sağlamlıq üzərindəki təsirini test etmək üçün yüz  nəfərlik bir təcrübə qrupunu Cuneo şəhərində bir mədəniyyət - sənət turuna çıxardı.
Cuneodaki Vicoforte Kilsəsində (Santuario di Vicoforte) aparılan təcrübələrin, gəzinti əvvəli və sonrasında tüpürcək nümunələri alınaraq analizlər edildi. 
Təcrübələr, kilsənin freskalarla bəzəkli qübbəsinə yaxından baxa bilmək üçün altmış üç metr yüksəkliyə çıxarıldı. 
Dünyanın ən böyük eliptik qübbəsi olaraq bilinən qübbədəki sənət əsərlərini yaxından araşdırmış olanlar, cəmi iki saatlıq turun ardından yenidən test edildilər. Araşdırmanın sonunda, iki saatlıq bir mədəniyyət - sənət turunun ardından təcrübəliklərin kortizol səviyyəsinin ortalama yüzdə altmış nisbətində düşdüyü məlum oldu.
Təcrübədə yüzdə doxsanı da gəzməkdən sonra özlərini çox daha yaxşı hiss etdiklərini söylədi.
Araşdırma aparanlar, yüksək kortizol səviyyəsinin depressiyadan mədə - bağırsaq problemlərinə qədər psixoloji və fiziki bir çox narahatlıqla əlaqəli olduğunu vurğuladı. Professor Grossi demişdir ki, sənətin müalicə məqsədli istifadəsi yeni bir şey deyil. Amma burada əhəmiyyətli olan, ilk dəfə mədəniyyətin sağlamlıq üzərindəki müsbət təsirini konkret olaraq ölçmüş olmamızdır. 
Araşdırmaya təcrübəçi olaraq qatılan La Republica qəzetinin yazıçısı Roberto Orlando da təcrübələrini belə bölüşərək dedi: "Təcrübənin müvəffəqiyyətlə nəticələnəcəyindən onsuz da şübhəm yox idi: On səkkizinci yüzilliyə aid freskaların yanındaykən, özümü ictimai xəyal gücündəki cənnət fikrinə çox yaxın hiss etdim. Tüpürcək nümunəsi də bunu sübut etdi: gözəllik, sənət və mədəniyyət, rifah mexanizmini hərəkətə keçirir”.
 
Tərcümə etdi: Könül İsgəndərli

ŞƏRH YAZIN