Təyyarə Fobiyanız Var?

0
1880
Təyyarə Fobiyanız Var?

Bəzi insanlar fərqli fobiyalarla həyatını yaşayır. Kimisi qaranlıqdan qorxur, kimisi hündürlükdən, kimisi həşəratlardan, kimisi də təyyarədən. Təyyarə qorxusunun birdən çox səbəbi ola bilər. Məsələn, daha əvvəlki təyyarə ilə səyahətlərində yaşanan pis bir hadisə adamda təyyarə qorxusunun meydana gəlməsinə səbəb ola bilər. Eyni şəkildə uşaqlıq dövrlərində təyyarə qəzaları ilə əlaqədar bir xəbər və ya bir yaxının başına gələn bir təyyarə qəzası, adamda təyyarə qorxusuna səbəb ola bilir .

Bütün bu faktorların xaricində, təyyarənin texniki mexanizmi haqqında az məlumata sahib olunmasından ötəri, təyyarənin etibarlı bir vasitə olmadığı təəssüratı bu kəslərin ağıllarında canlana bilər. Bu vəziyyətdə də təyyarə qorxusu meydana gələ bilər.

Təyyarə qorxusu yaşayan kəslər, təyyarə ilə səyahət etmək məcburiyyətində qaldıqlarında, çaxnaşma yaşayarlar və təyyarəyə minməmək üçün əllərindən gələni edərlər. Səyahət başladığında isə, ağıllarında davamlı fəlakət ssenariləri çıxararaq, terror hücumu olacağını, təyyarənin mühərriklərinin dayanacağını, ya da təyyarənin düşəcəyini xəyal edərlər. Təyyarə ilə səyahət edərkən qorxuları olan kəslər, təyyarənin düşəcəyinə dair dəlillər axtararlar. Məsələn, mühərrik səsini dinləyir və səsdə ən kiçik dəyişmə, mühərrikin pozulduğunun və təyyarənin düşəcəyi dəlili olaraq mənimsəyirlər. Bu səbəbdən ötəri, irəliləyən dövrlərdə təyyarəyə minməməyə cəhd edərlər .

Təyyarə qorxumuzun olduğunu necə anlaya bilərik ?

Təyyarə qorxunuzu xəstəlik səviyyəsinə çatıb-çatmadığını aşağıdakı suallara cavab verərək tapa bilərsiniz:

1. Təyyarəyə mindiyinizdə qorxursunuz?
2. Hündürlük, evdən uzaqlaşma ya da bağlı sahə qorxunuz varmı?
3. İlk iki sualdakı vəziyyətlərdən və sizə təyyarəni, uçmağı xatırladan obyektlərdən qorxur və qaçırsınız?
4. Təyyarə ilə səyahət edərkən ya da təyyarəni xatırladan obyektlər ilə qarşılaşdığınızda aşağıdakı çətinlikləri yaşayırsınız?

1. Döyüntü (ürək)
2. Tərləmə
3. Ağız quruluğu
4. Nəfəs almada çətinlik
5. Sinədə təzyiq
6. Ürəkbulanma
7. Baş gicəllənməsi
8. Ayaqların tutulması
9. Ürəkgetmə
10. Nəzarət itirmə qorxusu
11. Ölüm qorxusu

5. Təyyarə qorxusu səyahət seçiminizin qarşısını alırmı? Hava sahəsinə gedə bilmədiyiniz vaxtlar olur?
6. Təyyarə ilə səyahət və ya təyyarə xatırladan əşyalar həddindən artıq dərəcədə çətinlik çəkmənizə səbəb olur?

Əgər ki, yuxarıdakı sualların ümumisinə bəli cavabınız varsa, sizdə təyyarə qorxusu var.

Təyyarə qorxusunu məğlub etməyin üsulları:

Təyyarə qorxusu əgər müdaxilə edilməzsə, irəliləyərək kəslərin həyatlarına mənfi təsir edər. Məsələn, həddindən artıq dərəcədə təyyarə qorxusu olan kəslər küçədə gedərkən belə havadakı təyyarələri görüncə çətinlik yaşayarlar. Hava sahəsinə yaxınlarını qarşılamağa getdiklərində və hətta təyyarəni rəsmi gördüklərində belə çətinlik yaşaya bilərlər.

Təyyarə qorxusunun müxtəlif müalicə üsulları vardır. Əgər ki, qorxular irəli səviyyədə deyilsə, adam özünü müalicə edə bilər. Təyyarənin texniki məlumatları haqqında məlumat əldə edərək, təyyarə ilə səyahət etmənin, quru yolu ilə səyahət etməkdən daha etibarlı bir yol olduğunu öyrənə bilər. Ancaq daha irəli səviyyə xəstələr, psixoloji müalicə ilə yaxşılaşa bilər. Hipnoz ilə müalicə üsulları da mövcuddur, lakin riskli bir vəziyyət olduğu üçün çox tövsiyə edilməz.  
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN