Xroniki yorğunluğun səbəbləri və onlarla effektiv mübarizə üsllar;

0
3320
  Xroniki yorğunluğun səbəbləri və onlarla effektiv mübarizə üsllar;

         Bir çox yorgunluq yaradan vərdişlər vardır. Lakin bu xoşagəlməz vəziyyətin səbəbini anlasaq, əvvəlki gumrahlığı geri qaytarmaq olar.                

1. Fast -fud.

 Həmin qidalarda qanın tərkibindəki şəkərin miqdarını artıran çoxlu karbohidrat və şəkər vardır. Bununla da gün ərzində yorğunluq yaranır. Buna görə qidamıza məqsədyönlü şəkildə bitki məhsulları və yağsız ağartı məhsullarını əlavə etməliyik.

        

2. Səhər yeməyindən imtina etmək.

 İnsan səhər oyananda ona enerji mənbəyi lazımdır. Səhər yeməyi etmədikdə orqanizim özunu zəif hiss edir. Lakin səhər yeməyi hesabına bunların əksi olur. Dietoloqların fikirlərinə qatılaraq  həqiqətən səhər yeməyində yulaf yarması, yagsız süd, yoqurt, yumurta və bu kimi qidalardan istifadə etmeyin xeyirli olduğunu qeyd etmək olar.

 3. Yüklənmə.  

 Çox vaxt insan özünü mümkün ola bilən çox fikirlərlə yorur. Beləliklə o özünü stresə salır və narahat olur. Amma həqiqətən düşündüyü qədər qorxulu hal baş vermir.Bunlar üçün ən gözəl resept dostlarla söhbət, fiziki - məşq və gəzintilərdir.

 4. Fiziki yüklənmələrdən imtina etmək.  

Çoxu elə zənn edir ki, fiziki məşqlər yorğunluğu artırır. Lakin bu tam əksinəyimiş. Təcrübələr sübut edib ki, fiziki məşqlərə vaxt ayıran insanlar gün ərzində özünü daha gumrah hiss edir. Çünki, orqanizmin gücü, dözümlülüyü təmin olunur və qan- damar sistemi daha yaxşı işləyir. Divanda uzanmaq lazım deyil, gəzintilər təşkil etmək daha məqsədə uyğundur.

 5. Suyun çatışmamazlığı.

         Çoxlu su içmək vacibdir, çünki suyun çatışmamazlığı ilə qanın həcmi azalır və ürək zəif işləməyə başlayır. 6. Hemoqlabinin azalması. İnsan orqanizmində dəmir çatışmamazlığı, insanın yorğun, əsəbi və diqqətsiz olmasına gətirib çıxarır. Belə halda əzələlər və qan kletkalarimiz oksigenlə az təmin olunur. Buna görə, tərəvəz, fıstıq, yumurta, mal əti ilə qidalanmaq vacibdir.

7. Mükəmməlliyə can atmaq.

 Belə insanlar özlərini daha çox işləməyə məcbur edir. Çox böyük məqsədlər qoyurlar, hansı ki, onları həqiqətən edə bilməyəcəklər. Və zaman gəlir elə qənaətə gəlirlər ki, vaxt ayırdıqları iş heç bir nəticə verməyib.

8.İnkaretməzlik

 Hər xahişə razılaşmağa dəymir. Həmişə "yox" deməyə müxtəlif şanslarımız olur və bəzən bunu edə bilmək vacibdir. Çünki hamının köməyinə çatmaq istəyincə əksi baş verdikdə insan ozü vicdansız kimi hiss edir. Psixoloqlar tez- tez dildə dəfələrlə " yox" deməyi məsləhət görürlər ki, real vəziyyətlərdə rahat olsun.

9. Tətil zamanı iş.

Tətil zamanı tətildən zövq almaq lazımdır, elektron ünvanı hər dəqiqə yoxlamaq yox. İşdən tamamı ilə ayrılmaq və istirahət etmək arzuolunandır. Bu zaman o yenidən işə yeni güc, enerji və məhsuldarlığı ilə qayıdır. Axı bütövgünlük istirahət yaradıcı və məhsuldar işə təsir edir.

10. Həftəsonu günlərində ləngimə.

Gecə klublarını ziyarət edən, səhərdən axşama kimi kompüter oyunları haqda oxuyan və oynayan, sonra bazar günləri bütün gün yatan insanlar bazar günləri yata biməyəcəklər. Təbii ki, nəticə etibbarı ilə, bazar - ertəsi günü özlərini daha zəif və yorğun hiss edəcəklər.

11. Kofe içmək.

Səhər kofe içməyin  heç bir qorxusu yoxdur. Alimlər gün ərzində 3 fincan kofe içməyin xeyirli ola biləcəyini demişlər. Lakin kofeni çox istifadə etmək gumrahlığa və yuxuya təsir edə bilər.Buna görə də günün ikinci yarısında kofedən istifadə etmək daha məqsədə uyğundur.

12. İş yerində səliqəsizlik.

 Təcrübələr göstərmişdir ki, dağınıq ləvazimatlar və kağızlar insanın əsəblərinə toxunur. Buna görə də günün sonunda iş yerinin səliqəyə salınmağı məsləhətdir. İş yerində düzəliş etmək lazımdırsa, bunu davamlı etmək vacibdir.

13. Yatmamışdan əvvəl şərab içmək.

Yatmamışdan əvvəl içki içmək məsləhət deyil, çünki sinir sistemi zədələnir. Bu da yuxu pozğunluğuna gətirib çixarır.

14. Axşamlar elektron ünvanı yoxlamaq.

Planşet, telefon və kompüterdə olan ultrabənövşəyi şüalar insan orqanizminə mənfi təsir göstərir. əgər yoxlamaq vacibdirsə, kompüterdən 35 sm uzaq məsafədə olmalısınız.

Nəticə etibarı ilə, özumuzlə məşq etmək və şəxsi vəziyyətimizə xüsusi qayğı göstərməliyik.

ŞƏRH YAZIN