Sənət terapiyası nədir?

0
4289
Sənət terapiyası nədir?

 Hamımız həyatımızın bir nöqtəsində özümüzü spesifik bir şəkildə sənətlə iç içə tapmışıq. Gündəlik həyata dair ağılımıza gələ biləcək hər şey sənətlə əlaqəli ola bilər. Uşaqkən şəkil çəkməyimiz, yetkinləşdikcə fotoşəkillər çəkməyimiz ... Bu tip nümunələrin hamısı insanların həyatının içindəndir və insanlara terapevtik bir güc verirlər. Ancaq müalicə prosesinin sənətlə əlaqələndirilməsi adətən insanlara fikir olaraq uzaq gəlir. Lakin daha diqqətlə baxıldığında sənətin bilindiyindən başqa məqsədləri də olduğu açıq görünür: özünü mənalandırma, məna axtarışı, şəxsi inkişaf, yaxşılaşma ... Rəsm, heykəltəraşlıq, şəkil və digər sənət formaları çox təsirli ünsiyyət vasitələridir və sənət ayrıca bizlərin fikirləri, duyğuları, yuxuları və gözləntiləri və s. arasında aktiv bir rola malikdir. Bu səbəblə deyilə bilər ki, sənət insanlara bir anlayış bacarığı təqdim edir və insanların iç dünyasını sözlərə dayanmadan ifadə etməsində əhəmiyyətli bir rol oynayar.


İncəsənət terapiyasının iki tərifi olduğu deyilə bilər. İlk olaraq, sənətlə məşğul olmağın onsuz da öz daxilində terapevtik bir təsir ehtiva etdiyi deyilir. Bir sözlə, sənət başdan ayağa terapiyadır da deyə bilirik. İncəsənətlə məşğul olmağın yaratdığı yaradıcı müddətin inkişaf edici və sağlamlıqla əlaqədar olaraq yaxşılaşdırıcı və yetişdiirici bir təsiri olduğu da vurğulanır. İkinci olaraq isə, sənət terapiyası fikrinin əsasında sənətin simvolik bir ünsiyyət vasitəsi olduğuna dair bir baxış var. İncəsənət əsərləri insanın iç dünyası ilə bir ünsiyyət vasitəsi olaraq təyin olunur. Müalicədə yaradılan sənət əsəri vasitəsilə insan və terapevt arasında şifahi və simvolik bir paylaşma meydana gəlir və bu yolla yeni anlayışlar qazanılır.

Qısacası, sənət terapiyası sənət əsərinin insanın sənət terapistinə özünü ifadə edə bilməsi üçün bir yoldur. Terapistin müalicə müddətində yaradılan sənət əsəri vasitəsilə insanın həyat təcrübələrinə dair məlumat əldə etməsini təmin edən də bir müalicə yoludur.

ŞƏRH YAZIN