Ağzını açmadan İnsanlara Necə Təsir Etmək olar?

0
9504
Ağzını açmadan  İnsanlara Necə Təsir Etmək olar?

Mütəxəssislərə  görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin   sirri, bədən dilində gizlənir!  Müəllifi Tracey Cox olan  "Necə  Biri    Olmaq olar,  Necə biri    əldə edilir"  (How To Be One, How To Get One)  adlı kitab  kişilərin  bədən dilindən  istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün  də yeni bir  xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir:

ƏMIN ADDIMLAR ATIN
* Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı  kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın.
* Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar.
* Naz edin! Yeriyərkən ombalarınızı  nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz  o qədər artar!
* Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin.
* Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi  dimdik qarşınıza baxın.
* Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın  olduğu  mesajını verir.  
* Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən  addımlar atır.  
 
 
Hazırladı : Aytən İslamzadə

ŞƏRH YAZIN