Bədən Dili Deyilən Hadisə

0
3320
Bədən Dili Deyilən Hadisə

Səddam yaxalandı. Bütün televiziya kanallarında saçı, saqqalı bir-birinə qarışmış bir adamın görüntüləri hər şeyi ifadə edirdi. Çarəsizliyi və məğlub olması. Digər tərəfdən sahib olduğu böyük texnologiya ilə, nə hava, nə də dəniz qüvvətləri olmayan bir ölkəyə qarşı amansızca, səbəbi belə bilinməyən bir savaşdan zəfərlə çıxmış komandir ədası ilə, parıldayan gözlərlə W.Bush yenə televiziyalarda boy göstərirdi. 

O da qalibiyyəti göstərirdi. Bu formada bədən dilimizi istəsək də, istəməsək də hər zaman istifadə edirik. Bu cəmiyyətdə yaşamağın tələbidir. Ətrafımızdakı insanlarla da ünsiyyət qurarıq. Onların həyata keçirdiyi hadisələr, fərqli davranışlar qarşısında hisslərimizə mane ola bilər, maska taxa bilərik, lakin bədən dilimizə əngəl ola bilmərik. Çünkü hər davranışın bir quruluşu vardır və bu quruluş öyrənilə bilər. Biz də bədən dili sayəsində qarşımızdakı insanın daxili dünyasını anlamağa çalışırıq. Çox vaxt da bundan istifadə etdiyimizin fərqində belə olmarıq. 
 
Düşündüklərimizi ifadə edən kəlimələri dəyişdirmək şansına sahib olmağımıza rəğmən, bədən dilini dilimizi dəyişdirə bilmərik.İnsan gülmədən, ağlamadan yaşaya bilərmi?
 
Bir misal çəkmək lazımdırsa, işlərimizdən ya da maddi imkansızlıqlardan dolayı, çox isti bir yay günü, beş ulduzlu bir tətil kəndinə etdirdiyimiz  rezervasiyanı təxirə salmağımız halında, canımız sıxılar. Qaşlarımız çatılar. Hətta bəzi qadınlar işi daha da böyüdüb ağlamağa belə başlaya bilərlər. Bunu görən biri qarşı tərəf heç bir şey deməsə belə neqativ bir vəziyyət olduğunu asanlıqla başa düşə bilər. 
 
Bədən dilinə əhəmiyyət veririk. Bu dilin birlikdə yaşadığımız həyat yoldaşımız, övladlarımız tərəfindən başa düşülməsi bizi sevindirir. Yəni gözlərimizə baxaraq, vermək istədiyimiz mesajın alınmasından məmnun olarıq. Baxışlar insandan insana dəyişsə belə, yaxın münasibətdə olduğumuz insanlar bunu çox yaxşı başa düşərlər. 
 
Bir də bunu düşünün. Təzə həkim və ya müəllim oldunuz. Uzaq bir dağ kəndinə təyin edildiniz. Bu təyinat hadisəsi ilə qohum və yaxın əhatənizdən uzaqlaşıb, heç bilmədiyiniz, sizə doğma olmayan, başqa cür gülən, başqa cür ağlayan insanlar arasına düşmüsünüz deməkdir. O zaman təklik çəkərsiniz. Həm bədən dilinizi başa düşməzlər, həm də ünsiyyət problemi yaşayarsınız. O vaxt insan bəlkə də, bədən dilinin və ünsiyyətin dəyərini daha yaxşı başa düşür.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN