Bədən Dili Nədir?

0
6777
Bədən Dili Nədir?

İnsanların bir-birilə ünsiyyət saxlamasında sözlü ifadələrdən daha çox bədən dilinin təsiri vardır. Qarşınızdakı bir insanın hisslərini qurduğu cümlələrin forması ilə olduğu qədər danışarkən sözlərdəki vurğu , səs tonu və bədən dili ilə də başa düşərsiniz. 

Bədən dili, insanın vücudundan istifadə edərək özünü ifadə etməsi və daha yaxşı başa düşülməsini təmin edir. 
Bədən dili insanın əl və qol hərəkətlərini, üzündəki bütün mimikaları, çiyin və boyun, ayaq və baş hərəkətləri kimi bir çox hərəkətləri əhatə edir. Qarşımızdakı insana düşüncələrimizi, hisslərimizi və söyləmək istədiklərimizi göstərmək üçün istifadə etdiyimiz bütün hərəkətlər bədən dili olaraq adlandırılır. 
 
Buna görə də hər bir insanın anadangəlmə xüsusiyyətlərinə görə fərqli bir bədən dili vardır və bu bədən dilindən istifadə formaları bir-birindən fərqlidir. Bədən dili jest və mimikaların  incələnməsi mənasına gəldiyinə görə, insanın etdiyi bütün hərəkətlər bədən dilinin bir göstəricisi olaraq başa düşülür.
 
İnsanların ünsiyyət zamanı üzlərindəki əzələlərin bütün hərəkətləri mimika, əl və qollarla edilən digər bütün bədən hərəkətləri isə jest olaraq alandırılır. Buna görə mimika və jestlərin bir yerə gələrək bir bütün halında insanın ünsiyyət qurmasını təmin etməsi də bədən dili deməkdir. 
 
Bədən dili insanların böyüdüyü coğrafiyaya və sosial əhatəsinə görə dəyişir. Bir çox fərqli əlamətlərlə ifadə olunan bədən dili, insanın içərisində böyüdüyü və birlikdə vaxt keçirdiyi insanların hərəkətlərinə görə dəyişir. 
 
Qadın və kişilər arasında ümumi olaraq bir bədən dili fərqliliyindən danışılmasa belə, qadınların etdiyi bəzi hərəkətlərin  kişilər tərəfindən də edilməsi çox vaxt xoş qarşılanmaz və buna görə də bəzi xüsusi hərəkətlər bədən dilində kiçik fərqliliklər yarada bilər.  Məsələn, uzun saçlı bir qadının saçlarını barmağına dolaması normal bir hərəkət olaraq başa düşülərkən, uzun saçlı bir kişinin eyni hərəkəti etməsi feminən bir davranış olaraq adlandırıla bilər. Teatr və ya kino ilə professional olaraq məşğul olan insanların cəmiyyət qarşısında istifadə etdikləri bədən dili bir-birinə bənzəsə də, fərqli mədəniyyətlərdə yaşayan insanların bədən dilindən istifadəsi də müxtəlifdir.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN