Bədən Dilində Üz İfadələri (Face Expressions)

0
4399
Bədən Dilində Üz İfadələri (Face Expressions)

İnsanlar ünsiyyəti 3 ayrı metodla həyata keçirirlər: sözlü, yazılı və sözsüz (bədən dili).

Hər birimiz doğulduğumuz gündən etibarən sözlü ünsiyyət haqqında təlim alırıq ki, insanlarla ünsiyyətdə ola bilək. İnsanlarla qarşı-qarşıya gəldiyimiz zamam, sadəcə sözlü olaraq ünsiyyət qurmarıq, bədənimiz də önəmli mesajlar göndərər. Bunun adı
 
Bədən dili və ya Sözsüz Ünsiyyət deyə adlandırılır.
Bədən dili nə üçün önəmlidir? İnsanlar gördüklərinə eşitdiklərindən daha çox inanarlar. Bu sözü hər birimiz bəlkə də yüz dəfələrlə eşitmişik. Sözləri və bədən dili eyni mənanı əks etdirən insana, sözləri və bədən dili eyni mesajı verməyən insandan daha çox inanarıq. Bu səbəbə görədir ki, bədən dilimizi şüurlu bir şəkildə istifadə etməyimiz lazımdır.
 
Dünyanın hər yerində insanlar duyğusal vəziyyətlərini üz ifadələri ilə aşkara çıxarırlar. Əsəbilik, qorxu, təəccüb, üzüntü, nifrət, sevinc kimi hisslərimizi göstərən əzələ hərəkətlərinin hamısı bütün insanlarda eynidir. Zehnimizdən, könlümüzdən silinməyən, zəngin  mənaları ilə içimizdə dərinləşən bir çox üz vardır. Bir baxış, bir gülüş, bir ifadə xəyal etdikcə, düşündükcə təzələnir, dərinləşir, unudulmur. Bədən dilimizin ən açıq və dəqiq mənaları üzümüzdədir. Bir üzdə yüzlərlə məna gizlidir. İnsanlar, adətən, duyğu və üz ifadələrinin bir-biriləri ilə birbaşa əlaqəli olduğuna inanarlar. Elm adamları duyğular ilə bu duyğuların üz ifadələri arasındakı əlaqənin bu şəkildə açıq olmadığını düşünmüşlər və müxtəlif araşdırmalara istiqamətlənmişlərdir. Bu araşdırmaların nəticəsində şəxsə və ictimai quruluşa aid şüur və bu şüurun yaratdığı düşüncənin, insanın üz ifadəsinə təsir etdiyi ortaya qoyulmuşdur. İnsanın düşünməsi, duyğu və üz ifadələri arasındakı birbaşa bağlantını təsir altına alır və istiqamətləndirir. 
 
Üz ifadəsi, bir sıra insani duyğuları göstərir. Pozitiv və neqativ ifadələrdən əmələ gələn, məsələn, əsəblə qarışıq gülümsəmə, diqqətə alınmaz. Gülümsəmə hər zaman duyğusal bir ifadə olaraq görülməz, bəzən də sadəcə olaraq danışmaq siqnalıdır.
 
Təsbit etdiyimiz əlamətlərdən istifadə edərkən şəxsi fərqlilikləri də nəzərə almalıyıq.
İnsanın üzündə mimikaları həyata keçirən çoxu cüt olmaq üzrə təxminən 20 əzələ qrupu vardır. Üz əzələləri duyğusal bir ifadəni əks etdirmək baxımından əsasən, 3 qrupa ayrılır:
- Alın əzələləri;
- Göz qapaqları və ətrafı əzələləri;
- Ağız bölgəsi, dodaqlar və çənə əzələləri.
Üz ifadələrinə ən dərin mənanı göz ətrafında yerləşən əzələ qrupları verməkdədir.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN