Bədən Dilinizlə Önəmli Nəticələr Əldə Edə Bilərsiniz

0
1454
Bədən Dilinizlə Önəmli Nəticələr Əldə Edə Bilərsiniz

Bədən dili mütəxəssislərindən aldığımız dahiyanə fikirlərdən istifadə edərək gələcək vəd etmədiyini düşündüyünüz işinizdə fürsətlərin ayaqlarınıza gəlməsinə şahid olacaqsınız. 

İşinizdə yüksəlməyin ofisdə neçə saat qaldığınızla, insanlarla necə ünsiyyət qurduğunuzla və ya neçə proyektdə yer aldığınızla heç bir əlaqəsi olmaya bilər. İşin sirri hərəkətlərinizdə gizlidir. Təkcə bədən dilinizdən istifadə edərək heç kim fərqinə varmadan hər şeyin istədiyiniz şəkildə nəticələnməsini təmin edə bilərsiniz. Bədən dili mütəxəssisi Janine Driver, özünüzü aparmaq tərzinizlə etdiyiniz sadə dəyişikliklərin qısa yoldan başqalarının şüuraltına xitab edə biləcəyini müəyyənləşdirmişdir. Budur, olduğunuz mühitlərdə sizə avantaj qazandıracaq olan hərəkətlər...
 
*İclasın ulduzu olun
Özünüzə müdürünüzə yaxın stul seçin. Bu sayədə avtomatik özünü sizə daha yaxın hiss etməsini təmin edə bilərsiniz. Oturma şəkliniz də çox önəmlidir. Stulunuzun ucunda önə doğru oturaraq, ətrafınızdakılara diqqətinizi işə verdiyinizin siqnalını verə bilərsiniz. Əlinizə müdürünüzün sevdiyini bildiyiniz birşeyi alın. Bu onun ən sevdiyi qəhvə növü və ya istifadə etdiyi marka bir qələm ola bilər. Bu psixoloji təsir onun zehnində ikinizi bir araya gətirər və dilə gətirdiyiniz fikirlərə dəstək olmasını asanlaşdırar.
 
*Hər kəsə “bəli” dedirtin
İş yoldaşlarınızdan bir yaxşılıq istəyərkən, bir ovucunuz yuxarı doğru baxsın. Polislər, bu hərəkətdən, adətən, istintaqa çəkdikləri insana təsir etmək və razı salmaq üçün istifadə edirlər. İstədiyiniz şeyi söyləyib, sözlərinizi bitirərkən əlinizi ürəyinizin üstünə qoyaraq qarşınızdakına dost olduğunuz mesajını verə bilərsiniz. 
 
*Əsəb pozan iş yoldaşınızı susdurun
Yoldaşınız masanızın yanında danışarkən işləməyə davam edin. Arxasınca, barmaqlarınızı silahı xatırladan bir şəklə gətirin (baş və işarət barmaqlarınız xaric digər barmaqlarınızı yumruqla birləşdirin). İşarət barmağınızı dodağınıza apararaq danışmaq istəmədiyinizi göstərə bilərsiniz. Sizi başa düşməkdə çətinlik çəkərsə, barmağınızı ona tərəf çevirərək çox normal bir şey söyləyirmişsiniz kimi “çox işim var” deməyiniz məsləhətdir.
 
*Xətanızın üzərində durmayın
Deyək ki, işləri məhv etdiniz. İş bunu müdürünüzə etiraf etməyə gəldiyində onun bir metrə uzağında və yan tərəfində durun. Bu duruş şəkli onun şüuraltına bu xətanın üzərində çox  dayanmaması lazım olduğu mesajını verir. “Üstəlik, bu xəta bir daha əminliklə deyirəm ki, bir daha təkrarlanmayacaq” deyərək vəziyyətin ciddiyyətini bildiyiniz mesajını verə bilərsiniz. 
 
*Rəqabətcil iş yoldaşınızın öhdəsindən gəlin
Danışarkən qolunuzu onun masasının üzərinə doğru uzadın. Bu “sənin bölgəndə olmaqdan qorxmuram” mesajını verir. Onun masasına toxunaraq özünüzü göstərin və incidiyiniz bir şey varsa açıq-açıq söyləyin. Ona bu cür meydan oxuyaraq işləri yoluna qoya bilərsiniz.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN