İnsanların Düşüncələrini Oxuya Bilərsiniz

0
4320
İnsanların Düşüncələrini Oxuya Bilərsiniz

Aldatıldığınızı, sizə yalan söylənildiyini və ya istifadə edildiyinizi düşünürsünüzsə, bu xəbər tam da sizin üçündür. İnsanların düşüncələrini oxuya biləriniz.

Psixoloji bir texnika, nələr gizlətdiyini öyrənmək üçün bir insanın ağlını oxumağınıza imkan verəcəkdir. Bu taktika ilə qarşınızdakının nəyi saxladığını bir neçə dəqiqə içərisində başa düşəcəksiniz.
 
Buna oxşar ssenari deyilir və Rorschach Testi adı ilə tanınan mürəkkəb ləkəsi testi kimi istifadə olunur. Rorschach Testi qeyri-sabit iki tərəfli mürəkkəb ləkələrindən ibarətdir. Testin arxasındakı teorem, bir insanın şəkillərə verdiyi rəylərin onun şüuraltındakı fikir və düşüncələrini ortaya çıxaracağı haqqındadır...
 
Oxşar ssenarini tamamilə başqa bir üsulla sözlü olaraq da istifadə etməklə eyni teoremdən yararlanmaq mümkündür. Etməli olduğunuz şey qarşınızdakı insanı heç bir şeylə günahlandırmayan, təkcə ehyam edən bir sual vermək və sonra cavabını dəyərləndirərək, gizlədəcək birşeyi olub-olmadığını öyrənməkdir. Məsələn; bir qadın həyat yoldaşının katibəsi ilə gizli bir münasibətinin olmasından şübhələnir. Sakitcə yeməkdən sonra belə deyə bilər: “Bilirsən? Məncə müdürüm Johnun katibəsi ilə aralarında nəsə var”. Sonra etməli olduğu tək şey həyat yoldaşının reaksiyasını izləməkdir. Həyat yoldaşı sual verib, mövzu ilə yaxından maraqlanırsa qadın, onun da eyni hərəkəti etmədiyindən əmin ola bilər. Lakin narahat olub, mövzunu dəyişdirməyə çalışarsa, oxşar bir vəziyyətdə olduğunu söyləyə bilərik. Qadın da həyat yoldaşının davranışındakı bu ani dəyişikliyi həmin an görə bilər.
 
İpucu..
Adətən, bu cür hallarda qarşımızdakı ilə üzləşdiyimiz zaman o, təbii olaraq müdafiə vəziyyətinə keçər. Əgər yanılmışıqsa, paranoyak və ya qısqanc görünmə ehtimalımız yüksəkdir və münasibətimiz ciddi zərər görər. Bu texnika ilə müəyyən bir mövzu uydurula bilər və mövzu ilə əlaqədar  onun rahat və ya narahat olduğunu öyrənə bilərik, həm də heç bir günahlandırmaya yol vermədən..
 
Bir digər misal isə xəstəxana işçisinin həkimlərdən birinin iş vaxtı  içki içməsindən şübhələnməsidir. “Həkim Marcus, bir mövzu haqqında tövsiyyənizə ehtiyacım var. Başqa bir xəstəxanada işçi bir dostumun həkimlərdən biriylə bir problemi var. Həkimin iş vaxtı müddətində içki içməsindən şübhələnir. Həkimə qarşı necə bir davranış sərgiləməsi lazım olduğu ilə bağlı bir tövsiyyəniz varmı?” şəklində bir sual ilə həkimin ona verdiyi cavab real vəziyyəti ortaya qoyacaqdır. Burada eyni davranışı özü də sərgiləyirsə çox hüzursuz olacaqdır. İş vaxtı içmirsə, o zaman ondan tövsiyyə alınmasına sevinəcək və məsləhət verəcəkdir. Bu görə də kiminsə bir şey saxladığınızdan şübhələndiyiniz zaman, oxşar bir ssenari yazın və öyrənin.
Hər kəsə hər istədiyinizi etdirin – Dr.David.J.Lieerman...
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN