Ünsiyyətin Şifrəsi - Bədən Dili

0
4838
Ünsiyyətin Şifrəsi - Bədən Dili

Bədən dili ən gözəl və ən düzgün ünsiyyət vasitəsidir. İnsan bütün həyatı boyu digər insanlarla ünsiyyət zamanı bədən dilindən istifadə edir. Bədən dili ilə insanları duyğu və düşüncələrini anlamaq mümkündür.

Bədən dili mütəxəssisi, türkiyəli sosioloq Burhan Ulucanlı ruhun pəncərəsinin gözlər olduğunu deyib. Ünsiyyətin şifrəsinin isə bədən dili olduğunu qeyd edib. Ulucanlı son 15 ilini türk xalqının bədən dilinin şifrələrini həll etməyə həsr edib. Sosioloq 15 min dövlət işçisinə bu mövzuda təhsil verib. O, "Bədən dilimizin səsi yoxdur, amma təsiri qışqırıq gücündədir” deyib. Ulucanlı ruhun pəncərəsi olan gözlərin şifrələrini bu cür sıralayıb.

-Gözlərinizə baxmayan adam sizə dəyər vermir;

-Siz danışanda başqa yerə baxan adam sizə qulaq asmır;

-Birini təhdid etmək istəyirsinizsə, danışarkən başınızı 1-2 sm önə əyin;

-Yalan danışan insanlar əllərini gizlətməyə çalışır;
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN