Yalan Necə Başa Düşülür?

0
4912
Yalan Necə Başa Düşülür?

Bir adamın sizə yalan danışdığını başa düşə bilərsənizmi? Yalan danışan adam nə cür davranışlar edir?

Yalan danışan insan göz təmasında olmamağa çalışır, göz gözə gəlməmək üçün əlindən gələni edər.
 
Yalan danışan və ya bir həqiqəti gizlədən insan, əllərini və qollarını daha az istifadə edir.
 
Sual soruşulanda əlləri möhkəm bağlanır və ya ovucları aşağı doğru istiqamətlənmişdir.
 
Əllərini üzünə və ya boynuna doğru aparmış ola bilər.Bundan başqa bədəniylə bir təmas qurmaz.
 
Verdiyi cavab səbəbiylə içinin rahat olduğunu göstərməyə çalışan adam  bir şəkildə çiyinlərini çəkər.
 
Əl və qol hərəkətləri ilə söylədiyi sözlər arasında zaman səhvi var.
 
Təəccüblənmiş, qorxmuş və ya sevincliymiş kimi rol oynuyursa, üzündə yaranan ifadə, ağız hissəsi ilə məhdudlaşacaqdır.
 
Ümumən yalan danışan adamın beli dik vəziyyətdə deyildir.
 
Böyük ehtimalla özünü ittiham edən insandan uzaqlaşmaq istəyi ilə, baxışlarını qapıya doğru çevirər.
 
Danışdığı insanla ya çox az fiziki təmas qurar, ya da heç qurmaz.
 
İşarə barmağını inandırmaq istədiyi adama doğru istiqamətləndirməz.
 
Onu ittiham edən adamla arasına bir sıra hüdudlar qoyar.
 
Beynindən sızan həqiqi hisslər,düşüncələr və niyyətlər dil sürüşməsi şəklində ortaya çıxar.
 
Qarşısındakı insan söylədiyi hekayəyə inanana qədər həddindən artıq məlumat verməyə davam edər.
 
Suallara heç vaxt birbaşa cavab verməz, dolayı olaraq işarə edər.
 
Yalan danışan adam, "mən, biz və bizim kimi əvəzlikləri ya çox az istifadə edər və ya heç istifadə etməz.
 
İstifadə etdiyi sözlər aydın və dəqiq olmaya bilər.
 
Soruşulan suala nisbətən həddindən artıq reaksiya göstərər.
 
Bütün suallarınıza cavab verə bilər amma özü sizə sual verməz.
 
Söhbət dəyişdirildikdə rahatlanar və gərginliyi azalar.
 
Haqsız yerə günahlandırıldığına əsəbləşməz.“həqiqəti söyləmək lazım gələrsə”, “dürüst olmaq lazım gələrsə” və “niyə yalan deyim ki” kimi cümlələr istifadə edir.
 
Sualı əvvəlcədən düşünmüş və cavabı hazırlamışdır.
 
Sualınızı təkrar etməyinizi istəyər, ya da suala sualla cavab verər.
 
Söhbətinə, “səhv başa düşməyini istəmərəm, amma” kimi bir cümləylə başlayar.
 
Diqqətinizi dağıtmaq üçün ya zarafat edər, ya da lağa qoyar.
 
Daha ətraflı açıqlama tələb edən məsələləri adi bir şeymiş kimi söyləyər.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN