Yalançını Yaxalamağın 10 Yolu

0
2799
Yalançını Yaxalamağın 10 Yolu

Hər bir insan intellekt səviyyəsini artırmaq istəyir, lakin bunun üçün kifayət qədər güc tələb olunur. Beyin fəaliyyətinin yaxşılaşması üçün 10 sadə üsul təqdim edirik.

Beyin üçün məşq.

Cəbr və həndəsədən tapşırıqlar edin. Buraya rəqəm və hərf rebursları, sudoku və krossvord aiddir. Daimi mütaliə, maraqlı mövzular  üzərində diskussiya kimi fəaliyyətlər də beyni tonusda saxlayır.

Alimlər beyin məşqi üçün digər bir fəaliyyət növünü də təklif edir. Buraya yerişinizi dəyişmək, dişlərinizi o biri əlinizlə fırçalamaq kimi gündəlik vərdişlərin dəyişməsi də aiddir.  

Sağlam bədəndə sağlam ruh.

Düzgün qida və daimi fiziki məşqlər insan beyninin həyat fəaliyyətini artırır.

Qidanıza mütləq zülalları əlavə edin: yumurta, balıq, çox da yağlı olmayan ət. Meyvə və tərəvəzlər beyninizi lazımi vitamin və minerallarla təmin edəcək. Beyin fəaliyyətinin yaxşılaşması üçün mütəxəssislər  qoz və yaşıl çay qəbul etməyi məsləhət görür.

Fiziki hərəkətlər təzyiqi və qan dövranını nizama salır, beyni qlükoza və oksigenlə təmin edir.

Meditasiya

Meditasiyanın müxtəlif texnikaları hələ min il bundan əvvəl inkişaf etdirilib. Hətta elm də bu fikirlə razılaşıb ki, meditasiya insan beynini gücləndirir. Daim meditasiya ilə məşğul olan insanlar maqnit rezonans tomoqrafiyasından keçirilib və onlarda beyin strukturunun dəyişməsi qeydə alınıb.

Mütəxəssislərin fikrincə, meditasiya yolu ilə insanlar yaddaşı gücləndirə və diqqəti artıra bilər. Bunun üçün siz nəfəsalmanı nizama salmalı və tam sakit bir küncə çəkilməlisiniz.

“Ağıllı” bakteriya.

2010-ci ildə ABŞ-da “The Sage Collages” mütəxəssisləri maraqlı bir açılış etdilər. Onlar Mycobacterium vaccae adlı bakteriyanı siçanlara yeritdilər və heyvanların zehni qabiliyyətində artım müşahidə olundu. Bundan sonra siçanların aqressiyası azaldı və onlar labirintdən çıxışı tapa bildi. Məhz bakteriyaların sayəsində siçanların beyni daha da yaxşı fəaliyyət göstərməyə başladı. Bu bakteriya adətən küçə palçığında olur. Buna görə də, tez-tez parkda, küçədə gəzişmək və bağda təmiz havada işləmək lazımdır.

Yuxu və bir daha yuxu.

Yuxu insana nə üçün lazımdır, gecə istirahəti zamanı hansı proseslər gedir və bu kimi suallar alimləri qədim dövrlərdən maraqlandırıb. Uzun müddət mütəxəssislər elə hesab ediblər ki, yuxu zamanı beyin “sönür” və dincəlir. Lakin təcrübələr sübut edib ki, insan beyni az da olsa, işləyir.

Yuxu zamanı informasiya sanki sənəd qovluqlarına düzülür. Az yatmaq informasiya itkisinə və zehni qabiliyyət səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Alimlər sutkada 6-8 saat yatmağı tövsiyyə etsə də, bu ehtiyac daha çox insan orqanizmindən asılıdır.

Qəhvə.

Noradrenalin və dopamin yaxşı tonusda qalmaq üçün ən yaxşı konsentrasiya növüdür. Gün ərzində 1 fincandan artıq qəhvə içmək səhhətə ziyandır.  Günə bir fincan qəhvə beynin fəaliyyəti üçün yaxşıdır, lakin onu 4 fincandan artıq içsəniz, baş ağrısı, həyəcan, yuxu pozğunluğu, əsmə kimi hallarla üzləşə bilərsiniz.

İntuisiyanın məşqi.

İntuisiyanızı məşq etdirməklə sağ qulağınızın arxasındakı beyninizin fəaliyyətini artıra bilərsiz. Məsələn, söhbət edərkən bu fikri məşqləri edin: həmsöhbətinizin nə deyəcəyini tapmağa çalışın, onun sifətinə baxaraq hadisələrin necə cərəyan edəcəyini öyrənin və s.

Xarici dillər öyrənmək.

Alimlər bir neçə dilə sahib olan insanların  bir tapşırıqdan digərinə dərhal, çox asanlıqla keçdiyini sübut ediblər. Bundan əlavə, daim yeni dil öyrənmək sizin yaddaşınızı da möhkəmləndirir. Dili sərbəst surətdə öyrənən insanlarda isə beyin fəaliyyəti daha yaxşı inkişaf edir.

Yeni hobbi.

Tam fərqli və yeni məşğuliyyət növü sizin beyin fəaliyyətinizi gücləndirə bilər. Məsələn, beyin üçün ən  yaxşı məşq jonqlyorluqdur. Qadınlar yeni hobbi kimi adətən  toxuculuq və biçib-tikməyə, kişilər isə balıqçılıq, ovçuluq və bağçılığa üstünlük verir.

Klassik musiqi.

Qərb psixoloqları uşaqlara lap kiçik vaxtından klassik musiqiyə alışdırmağı tövsiyə edirlər. Daha çox Motsartın musiqisi məsləhət görülür. Düzgün seçilmiş musiqi beyin fəaliyyətini gücləndirir.

 

 

ŞƏRH YAZIN