Bu Flirtdi Seks Oyunu Deyil

0
3298
Bu Flirtdi Seks Oyunu Deyil

Psixoloqların fikrincə, qadın "flirti" instinktiv xarakter daşıyır. Qadın ünsiyyətin ilk anından, kişilərin onu cazibədar hesab edib-etməmələrindən asılı olmayaraq, hər kişi ilə "flirt" edir. Bu, kişinin diqqətəlayiq olduğunu müəyyən etmək üçün bir vasitədir. 

Qadın "flirti" nədir? 

Qadın "flirti" –incə , fərqli, mənalı cəzbetmə oyunudur. Bu bacarığa yiyələnmək hər qız üçün çox vacibdir. 

Gülüş

Flirtin əsas komponentlərindən biri təbəssümdür. Dodaqlarla da gülmək vacibdir amma əsl cazibədar gülüş gözlərinizdə olmalıdır - gözlərinizlə gülün. 

Baxışlar

Flirtin ayrılmaz hissəsi baxışlardır. Baxışların vacib anları var. Əgər qadın baxışlarını bir andan daha uzun müddətə saxlayırsa, deməli, kişi ona maraqlıdır. 

Cazibədar baxışın "tərcüməsi" belədir: qadın kişini "dəvətkar", maraqlı gülüşlə mükafatlandırır, sonra qadın gözlərini aşağı salır, başını bir az fırladıb yenidən baxır. Bu ardıcıllığı təkrar etmək olar. Amma bəyəndiyiniz kişiyə belə uzun-uzadı baxmayın. 

Həmçinin, siz atəşli baxışlar da yağdıra bilərsiniz. Qadın kişiyə nəzər salır və kişi o baxışı tutmadan gözünü çəkir. Ancaq kişi sizin çox xoşunuza gəlirsə, o zaman yarımbaxışdan istifadə edə bilərsiniz. Dümdüz və dəyərləndirici baxışla siz uzaqdan baxa bilərsiniz. 

Toxunuş 

Toxunma - flirtin əsas hissəsidir. İki növ toxunma var: təsadüfi və məqsədyönlü. Qadınlar "təsadüfən" kişinin yanında oturur, ona budu, yaxud döşü ilə toxunur və bununla yaxın tanışlığa işarə verir. Məqsədyönlü toxunmaya isə "qarşılıqlı əşya mübadiləsi"ni aid etmək olar. Bunun üçün lazım olan yeganə amil – lazımından daha çox uzanan toxunmadır. Əgər kişi qadına siqareti yandırmaq üçün alışqanı yaxınlaşdırırsa, qanın onun əlinə toxuna bilər. Əgər bu hərəkət cavab gülümsənməyə səbəb olursa, bu zaman qadın yüngülcə təbəssümlə onun əlinə və çiyinlərinə toxuna bilər. Amma ehtiyatlı olun: kişilərin çoxu toxunmanı seksə "işarə" kimi anlayırlar. 

Qadın özü və rəqs yoldaşı arasında məsafə saxlayaraq, bununla ona yaxınlıq istəmədiyini anladır. Əgər qadın kişinin əhatə dairəsinə daxil olursa, o özünün marağını göstərir (45-75 sm-lik məsafə). Kişiyə oturaq halda yaxınlaşmaq, onunla bədən təmasına girmək asandır - bunun üçün sadəcə bir az əyilmək lazımdır. 

Bəzənmək

Gülüş, baxış, toxunma - bunlar şüurlu fəaliyyətdir, bunu öyrənmək asandır və istənilən qadın buna nail ola bilər. Ən güclü siqnallar - "bəzənmək" jestləridir. Amma jestlərin çoxunu biz şüursuz edirik. 

Səs 

Flirtin önəmli elementlərindən biri də səsdir. Kişi üçün qadın səsinin yumşaqlığının əhəmiyyəti böyükdür. Qadının səsi nə qədər yumşaqdırsa, o qədər uşaq səsinə oxşayır. Bu, kişilər üçün "təhlükəli" görünür. 

Siz öz səsinizdən iki cür istifadə edə bilərsiniz. Birincisi - adət etdiyiniz, yuxarı tonda hər mövzuda danışdığınız səs, ikincisi - daha dərin və seksual səs. İkinci cəzb etmək üçündür. Səsin tonuna təbəssüm, baxış əlavə edin və siz xoşunuza gələn kişiyə təsirin nəticəsini görəcəksiniz. 

Diskotekada, partilərdə flirt edin. Komplimentlər deyin. Bununla siz öz marağınızı göstərə və kişini maraqlandıra bilərsiniz. 

Söhbət

Kişi ilə danışmaq üçün mövzu fikirləşin. Oyun başlayan kimi kişi fikirləşir: o çox cazibədardır, amma mən onun xoşuna gəlirəmmi? Mən onla danışsam, məni geri itələyə bilərmi? Əgər qadın flirt etmirsə, kişi özü söhbəti aparmağa və nə deyəcəyini düşünməyə məcbur dur. 

Rəqs

Kişiylə rəqs etmək qadının özünün seksuallığını nümayişi üçün əla imkandır. Daha çox çəkici olmaq üçün oynayan zaman kişinin gözlərinə baxın, amma bununla belə zaman-zaman onunla bir yerdə çevrilin ki, kənara deyil, onun üzünə baxa biləsiniz. 

Məhz onunla oynadığınızı anlamağa şans verin və onun başqalarından fərqli olduğunu hiss etdirin! 

Oyun zamanı siz kişinin boynunu qucaqlamaqla işarə verə bilərsiniz. Amma vulqar və açıq-aşkar seksual olmaq lazım deyil. Axı flirt-cəzbetmə sənətidir. Seks oyunu deyil...

 

ŞƏRH YAZIN