Döyməli qızlar, döymənin yeri kişilərə nəyə işarədir

0
3589
Döyməli qızlar, döymənin yeri kişilərə nəyə işarədir

Xarakterini, temperamentini və seksual görüşlərini bilmək döyməli qızlarda olduqca asandır, sadəcə döymənin yerlərinin mənasını bilmək lazımdır.

Bugün sizlərə döyməli qızlardan söz açacayıq və bu döymələrin harda yerləşməsinin mənası nədir.

Göbəkdən aşağı

London döyməvuran Kev Ceyms deyir:”Əgər qadının bikini xəttindən aşağı döyməsi varsa, deməli onun seksual fikirləri sərbəstdir. Əgər xəttindən yuxarıdadırsa orada hər hansı baş hərflərin olub olmamasına diqqət yetirin, əgər varsa xanımın sevgilisi var”.

Nə qədər təəccübli olsa da sevgilərinin baş hərflərini bədənlərinə döymə edənləri sayı çoxdur. Belə ağılsızlıqları hətta hollivud ulduzları edirlər. Bu yenə də faktı təsdiqləyir ki, bir işi görəndə iki dəfə düşünmək lazımdır. Başla fikirləşmək lazımdır.

Gövdə

Gövdədə döymələri özünə əmin olmayan qadınlar edir. Beləki, bu döymələri qadınların yalnız sevgiləri və ya ərləri görəbilir.

Bud hissəsi

Budunda döyməsi olan qız onu hamıya göstərməz. Bu döymə onun seksual və təmkinli olmasına işarədir. Pol Uilson deyir ki, bu döymələr çox güman ki, məlum şəxslərə həsr olunub.

Sinə

Sinə üzərində döymə etmək cəsarətli və romantik qızlar üçündür. Usta Endryu Elma deyir ki, adətən qızlar belə döymələri sol döşlərində ürəklərinə yaxın yerdə döydürürlər. Lakin belə cəsarətli qızların sayının az olduğunu qeyd edir. Əksəriyyəti sinələrinin zamanla boşalacağını düşünür və döymənin estetikliyini itirəcəyindən qorxurlar.

Boyun

Bəzi qadınlar boyun nahiyyəsində döymə vurdururlar. Bu birbaşa cəmiyyətə çağırışdır. Adətən belə döymələr şəxsi və iş həyatında problemlər yaşadır. Elma deyir ki, müraciət edən qadınlardan ilk öncə onların peşələrini öyrənir.

Bilək və topuq

Belə döymə adətən qadının yaxşı tətil keçirtdiyinə, döyməvuranla eşqinə işarədir. Lakin Kev Ceyms deyir ki, ən zövqsüz döymələr məhz bunlardır.

 

ŞƏRH YAZIN