Hansı qan qrupunun kişiləri daha ehtiraslıdır?

0
2312
Hansı qan qrupunun kişiləri daha ehtiraslıdır?

Alimlər maraqlı bir qənaətə gəliblər. Belə ki, onlar kişiləri artıq qan qrupuna görə də fərqləndiriblər. Yəni ki, kişilərin nə dərəcədə ehtiraslı olması onların hansı qan qrupuna aid olmaları ilə birbaşa əlaqədardır.

I qan qrupu olan kişilər

Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdilər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və ''bişmiş məsələni'' uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq, çünki o, çox yaxşı kişidir.

II qan qrupu olan kişilər

Çəkingən, utancaqdırlar. Sevgi və istəklərini baxışları ilə, özü də gizli çatdırırlar. O, qadını heç vaxt möhkəm sıxmaz. Yüngül toxunuş, yavaş hərəkətlər... Onun həyat yoldaşı gərək həmişə nəzərə çatdırsın ki, ərini sevir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş, işgörən, bəzənsə özlərindən böyük xanımla ailə qururlar.

III qan qrupu olan kişilər

Hamı elə güman edir ki, o, Don Juandır. Bircə özü bilir ki, həqiqətdə necədi. O - qadınlarla danışmağı, zarafat etməyi, özünü onlara yaxşı göstərməyi xoşlayır. Əslində isə sevgidən və həqiqi yaxınlıqdan qorxur. Ondan pis ər çıxmayacaq. Hərdən ''günah'' işlətsə də, ona ömür boyu etibar etmək olar.

IV qan qrupu olan kişilər

Qadınla bağlı bütün incəlikləri əla bilir. Hissləri dərin deyil, amma ehtirası kifayət qədərdir. Sevgi oyunlarının baş qəhrəmanıdır. Əgər qadın ona bircə gün etiraz etsə, bir daha bu kişinin üzünü görməyəcək.

 

ŞƏRH YAZIN