Kişini Ələ Almağın Sadə Strategiyaları

0
6767
Kişini Ələ Almağın Sadə Strategiyaları

Sevdiyiniz kişini özünüzə aşiq etmək və bağlamaq istəyirsinizsə, bunun sadə üsulları var. Kişini əldə etməyin sadə taktikalarını təqdim edirik. Yaxşı bu taktikalar nələrdir? Buyurun birlikdə öyrənək…
 
I mərhələ: Söhbətə başlayın.
Gülümsəyin: Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu ona baxıb şirin şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınızda sizə baxdığından əmin olduqdan sonra yüngülcə gülümsəyin, amma şitini çıxartmayın. Daha sonra da “hər vaxtınız xeyir” deyib söhbət etməyə çalışın!
 
Rahat olun: “Hər vaxtınız xeyir” dedikdən sonra söyləməyə söz tapa bilməyəcək qədər özünüzü gərgin hiss edirsinizsə, dərhal toplayın! Bəyəndiyiniz kişinin yanında maraqlı mövzular tapmaq bir az çətin görünə bilər, amma bu mərhələni hər vaxt olduğu kimi davranaraq rahatca sovuşdura bilərsiniz.
 
Kiçik komplimentlər yaxşıdır: Ona gözəl sözlər söyləmək üçün zaman və məkanın çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlindən ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiniz. Söhbət qızışdıqca araya kiçik təriflər deyərək yanınızda özünü rahat hiss etməsini təmin edə bilərsiniz.
 
II mərhələ : Söhbəti artırın.
Onunla söhbət etməyi bacardınız, brazo! Yaxşı, indi nə olacaq?
 
Maraqlı olun: Özündən bəhs etməsini təmin edin. Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda çox danışırsa, narahat olmağa heç bir əsas yoxdur. Bundan sonra gözlərinin içinə baxıb onu diqqətlə dinləyib mövzu ilə əlaqədar suallar soruşun.
 
Ortaq cəhətlərinizi öyrənin: Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma durun, dərhal önyarqılı olmayın! Sevdiyiniz kitabları sevməyə, izlədiyiniz filmlərdən zövq almaya bilər, ancaq bu, sizin razılaşa bilmədiyinizi göstərməz. Bir az səbirli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin.
 
III mərhələ: Şifrəni həll edin!
Sizinlə görüşməyə, söhbət etməyə hələ çox istəkli görünür. Yaxşı bu, sizdən həqiqətən xoşuna gəlməsi mənasına gəlirmi?
 
Gözlərinə diqqət edin: Siz danışarkən öz ayaqlarına baxırsa, bu, utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz.
Onu bəyəndiyinizə dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını qurdalamaq və ya qıçını yelləmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlərə diqqət edin və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləcə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaqsınız!
 

ŞƏRH YAZIN