Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

0
5711
Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

21) İş yeri

İş – kişi üçün qazanc mənbəyidir. Onlar adətən kollektivdə şəxsi münasibətin olub - olmamasına diqqət yetirmirlər. Amma qadınlar üçün iş yeri təkcə maddiyyat mənbəyi deyil. Onlar işin keyfiyyətinə fikir verməklə yanaşı, eyni zamanda öz ailə üzvləri üçün də faydalı olmağa çalışırlar. (evə ərzaq alırlar, evə zəng vurub övladlarının yeyib yemədikləri dərslərini edib - etməmələri ilə maraqlanırlar və s.) 

22) Ehtiyatlılıq

Qadın irs daşıyıcısı olan bir məxluq kimi hərəkətlərini çox götür - qoy edir və çox ehtiyatla davranır. Kişidən fərqli olaraq qadın daha az zədələrə məruz qalır. 
Qadın qaydaları daha dəqiq yerinə yetirir, daha ehtiyatlı və riskə az meyllidir. Uşaqlıqdan cəsarət və təşəbbüs kimi xüsusiyyətlər oğlanda, səliqəlik və çalışqanlıq kimi xüsusiyyətlər isə qızda inkişaf etdirilir. Qaydalara münasibət də məhz buradan köklənir. Qaydaları pozmaq isə birbaşa zədələrə və xətalara gətirib çıxarır. Həmçinin müşahidələr göstərir ki, qadın kişiyə nisbətən sükan arxasında daha ehtiyatlıdır.Araşdırmalar göstərir ki, qadın maşını idarə edərkən kişiyə nisbətən 5 dəfə təhlükəsizdir. Mütəxəssislər bunu qadının aşağıdakı xüsusiyyətləri ilə əlaqələndiriblər:

 Yüksək həssaslıq nəticəsində vəziyyətin dəyişməsinə münasibət göstərmək;

 Yüksək müşahidəçilik nəticəsində daha tez yol hərəkəti nişanlarını və işıqforu görmək;

 Tez bir zamanda bir obyektdən digərinə oz diqqətini dəyişmək;

 Böyük axın olan maşınların arasında özlərinə rəqib axtarmamaq və onlarla yarışa çıxmamaq hissi;

 Həyatda olduğu kimi, maşını idarə edəndə də səliqəli davranmaq və pis hava şəraitində yola çıxmamaq;

 Daha çox yol hərəkəti qaydalarına riayət etmək və onları pozmamaq. 

Bir çox qadınlarda bütün bu xüsusiyyətlər cəmlənir.

23) Rənglər

Qadın və kişinin rəng adlarından necə istifadə etmələri mütəxəssislər tərəfindən çox maraqlı faktlarla qeyd olunmuşdur. Rənglərin dildə istifadəsi qadın nitqində daha genişdir. O, rənglərin daha spesifik (xüsusilə əcnəbi dillərdən götürülmüş bej, pervanş və s. kimi) adlarını istifadə edir. 

Kişi nitqində əsasən dolğun və əsas tonlara-qırmızı, qara, tünd-mavi, lakin qadın nitqində daha çox-çəhrayı, tünd-qırmızı, sarı və mavi rənglərə rast gəlinir. 

24) Maraqlar

Amerikada cinslərin fərqliliyi mövzusunda Termen və Mayls tərəfindən geniş tədqiqatlardan biri aparılmışdır. Bu tədqiqat yeddi hissədən ibarət idi: assosiativ təcrübə, mürəkkəb ləkəsi (Rorşax üzrə), məlumatlılıq, emosional və etik xüsusiyyətlər, maraqlar, fikir və reaksiyalar.

Müxtəlif yaş qrupları və müxtəlif peşə sahibləri arasında aparılmış həmin tədqiqatda qadınla kişi arasında çox ciddi mövcud olan fərqlər meydana çıxmışdır. Belə ki, kişilər macəra və igidliklərlə bağlı məsələlərlə, fiziki gücə aid işlərlə, texniki, dəqiq elmlərlə və kəşflərlə çox maraqlanır. Qadınlar isə ev işləri, estetika və zəiflərə köməyi özündə cəmləyən ixtisaslarla (uşaqlara, xəstələrə) daha çox maraqlanır. Kişilər özlərinə daha əmindirlər, aqressiv, tərs və cəsarətlidirlər, ədalarında, nitqlərində və hisslərində daha sərt davranırlar. Qadınlar isə daha həssas, utancaq, emosional, xeyirxah və qayğıkeşdirlər.

25) Abstrakt və konkretlilik

Qadınlar abstrakdan çox konkretliyə üstünlük verirlər. Kişilərin pul ehtiyatları olanda (bankda və s.) özlərini daha yaxşı hiss edirlər. Qadınlar isə puldan konkret mənfəət əldə etməyə, bir sözlə onu sonraya saxlamamağa üstünlük verirlər. 

Belə bir ibrətamiz hekayə qadının və kişinin münasibətini aydın göstərir: 

Qadın və kişi səhra ilə gedərkən qumun üstündə bir sandıq görürlər:

Qadın: Bax gör içində nə var?

Kişi: Bu hardandır?

26) Gözəlliyə sevgi

Qadın gözəlliyə, incəliyə, zərifliyə fitrətən meyllidir. Öz praktikliyinə baxmayaraq, qadın qəşəngliyi faydalı ilə əvəz edə bilir. Məsələn, qadının güllərə olan sevgisi. Bir çox kişilər, hətta xanımlara gül hədiyyə etsələr də, qadınların gülləri sevməsini anlamırlar. Kişilərin düşüncəsinə görə, həmin pula daha uzunömürlü, faydalı, eyni zamanda ruha xoş gələn hər hansı başqa bir şey almaq olardı. 

27) Səmimilik 

Bir araşdırma zamanı qadın və kişi ilə ayrı-ayrılıqda (özləri və şəxsi həyatları barədə) söhbət aparılmışdır. Onların hər ikisi ilə eyni mövzuda söhbət aparıldığına baxmayaraq, qadının söylədikləri daha yüksək qiymətləndirilmişdir. Bu ondan irəli gəlir ki, cəmiyyətdə kişilik xüsusiyyətlərini nəzərə alaraq, kişinin ilk gördüyü adama özü və şəxsi həyatı barədə danışması, onu zəif və asılı adam kimi göstərir, lakin qadın bunu edəndə bu, səmimilik kimi qiymətləndirilir. 

28) Hissdə olan fərq 

Kişini qadına nisbətən hiss və sevgi kimi məsələlər daha az maraqlandırır. Kişi adətən özünü əldə etdiyi uğur, məqsəd və işlə, qadın isə qarşılıqlı münasibətlə təsdiq edir. Kişi beyninin məhz xüsusiyyəti belədir ki, düşüncə anından sevgi məsələsinə dərhal keçid ala bilmir. Qadında isə tam əksinədir. 

Kişi adətən ağlı, qərarlılığı və liderliyi qadında dəstəkləyir, lakin ailə qurmağa gəldikdə daha çox digər xüsusiyyətlərə malik (yəni kişi özünü ailə başçısı hiss edəcək) bir qadınla həyatını qurur. 

29) Qeyri - bərabər həyat ritmi 

Kişi iş yerində daha çox yorulur, nəinki qadın. Buna səbəb kişinin işindəki fiziki ağırlıq, gərginlik, böyük məsuliyyət (rəhbər vəzifədədirsə) və az müqavimət göstərmədir. Qadının işi daha müntəzəm hesab olunur və mütəxəssislər qadının səhər işdə, axşam isə evdə işləməsini sağlamlıq üçün xeyirli hesab edirlər.

30) İntuisiya (hissiyat) 

Kişi hər hansı hadisə və ya situasiyanı bütövlüklə qəbul edir, qadın isə daha çox kiçik nüanslara diqqət göstərir.

Bir xüsusiyyəti müşahidə etmək maraqlı olardı: qadın və kişi kitab alırlar. Kişilərin əksəriyyəti mütləq kitabın mündəricatına fikir verirlər. Qadınlar isə, bir qayda olaraq, kitabın bir neçə səhifəsini vərəqləyir və içində nə olduğuna baxırlar. Səhifələyərkən aldığı təəssüratdan, onun kitabı alıb-almayacağı məlum olur. 

Qadının kiçik detallara fikir verməsi, onun kişiyə nisbtətən daha müşahidəçi və hissiyyatının daha güclü olmasını nəzərə çarpdırır. Xanımların tez-tez işlətdikləri “Mən bunu hiss edirəm” kəlməsi buna misaldır.

Xanımın hissi 90 % düz çıxır, lakin əsaslandırmağa heç bir sübutu olmur. R.Kiimenq deyib: “Qadının zənni daha çox dəqiqliyə uyğun olur, nəinki kişinin əminliyi”.

 

ŞƏRH YAZIN