Seksin Faydaları Və Zərərləri

0
14250
Seksin Faydaları Və Zərərləri

Evlilikdən əvvəl cinsi əlaqə hər kəsin şəxsi seçimidir. Evliliyə hazır olmaq üçün öncədən mütləq cinsi yaxınlıq göstərmək yalandır. Evlilik öncəsi cinsi əlaqənin evliliyə hazırladığı, ya da ona müsbət təsir göstərməsi təsbit edilməyib. Ən doğrusu, özünü hazır hiss etdiyi zaman sağlam cinsi həyat yaşamağa başlamaqdır.


"Seks sevginin tək sübutudur" kimi deyilən fikirlər də doğru deyil. Aşiq olduğunuz adam ona olan sevginizi cinsi əlaqə yoluyla sübut etmənizi istəyirsə, bunda israrlı davranırsa və siz bunu istəmirsinizsə, çox düşünməyə gərək yoxdur, yeganə yol ondan qaçaraq uzaqlaşmaqdır. 

Seks, partnyorunuzun sizi sevməyə davam etməsinə rəvac vermir. Seksin bitməkdə olan münasibətlərin davam etməsinə şərait yaratdığı tez-tez duyula bilər. Amma bir kəslə sadəcə cinsi münasibətinizin davam etməsi, onun sizi hər zaman sevəcəyi anlamına gəlmir. Başqa sözlə, seks, sevgini satın ala bilməz. Bundan başqa mükəmməl cinsi həyatı olan cütlüklərin ayrılması da bilinən bir şeydir.

Kişinin sağlam cinsi yaşam sürdürməsi təbiidir və bunun bir xeyli gözəl tərəfi olduğu kimi, həm də əyləncəlidir. Seks olmadan yaşaya bilməmək kimi bir durum olmasa da, «bir daha etməyəcəm» demək də böyük bir yalandır. Bəzən seksdən sonra yaranan peşmançılıq bir müddətdən sonra boşa çıxır və yenidən bu istək yaranır. Əgər cinsi əlaqə zamanı peşmançılıq hissi duyursunuzsa deməli partnyorunuz ürəyinizcə deyil sadəcə təlabatınızı ödəməyə çalışmısınız.

Çox qədimdən bəri səslənən fikir «Seks olmadan olmaz»  bu, bəlkə də seks haqda söylənən ən böyük yalanlardan biridir. Vücudumuz cinsi əlaqəyə təbii olaraq çox uyğun olsa da, bu bir qadının, ya da bir kişinin seks olmadan yaşaya bilməyəcəyi anlamına gəlməz. Əlbəttə sağlam bir cinsi həyatın həm fiziki, həm də mənəvi baxımdan çox xeyri olduğu məlumdur, amma «seks olmadan olmaz» demək də doğru deyil. 

 

ŞƏRH YAZIN