Sekslə Yaşlanana Kimi Məşğul Olmağın Yolları

0
6235
Sekslə Yaşlanana Kimi Məşğul Olmağın Yolları

Daimi fiziki idman, pəhrizlər, stressdən uzaq olmaq bu cavan vaxtlar lazım olduğu kimi də yaşlaşanda da mütləqdir. Sağlam və seksual paktikası normal olan kişilər, sekslə 70-80 yaşlarına kimi məşğul ola bilir.

Bəs bunun üçün gənc yaşlarında kişilər nələrə riayət etməlidirlər. Beləliklə:

1. Ara verməyin. Əgər siz konsentrasiyanızı işə və yaxud idmana keçirmisinizsə və yavaş-yavaş sekslə məşğul olmağı unutmuşsunuzsa, testosteronun miqdarı getdikcə azalacaq və siz yatağa artıq yalnız yatmaq üçün gedəcəksiniz. Xüsusən bu riskə utancaq və bütün günü internetdə vaxtını keçirən gənclərə, 30 yaşdan sonra karyerasına başı qarışan kişilər və 40 yaşdan sonra boşanmış kişilər aiddir.

Əsgərlik, ezamiyyət, tərəfdaşı ilə küskünlük müvəqqəti seksə ara verə biləcəyiniz səbəblərdir. Lakin bu fasilə 3 aydan çoxdursa onda yenidən siz seks gücünüzü bərpa etməli olacaqsınız baxmayaraq ki, orqanizm seksdən çox çətin özünü ayrı saxlaya bilir və bu hissi dəf etmək olduqca çətindir. Əgər seksdən uzaq olmanız qaçılmazdırsa, mütəxəssislər masturbasiyanı ən azı həftədə bir dəfə məsləhət bilirlər.

2. Xəstəliklərin xroniki olmasına icazə verməyin. Söhbət prostat və ya sifilisdən getmir. Birbaşa seksə aid olmayan bir çox xəstəlikdə sizin seks aktivliyinizə mənfi təsir göstərə bilər. Təzyiqiniz yüksək olanda, mədə ağrılarınız kəskinləşəndə sekslə məşğul olun və sizə nə demək istədiyimizi başa düşərsiz.

3. Seks tərəfdaşınızı daimi edin. Yəni hər bir qadın özünə məxsus mikrob daşıyıcısıdır. Sekslə məşğul olan zaman orqanizminiz mikroblara qarşı immunitet yaradır. Seks tərəfdaşınız daimi olarsa, bu zaman orqanizminiz sözü gedən mikroblardan tam müdafiyə edilmiş olacaq. Əks halda orqaniz mikrob dəyişikliklərinə dözməyərək üzüləcək.

4. Dərhal “əsas məsələyə” keçməyin. Beləki, gənclikdə gördün – ehtiraslandın prinsipi daha üstün olur. Yaşlaşdıqca daha başqa dəyərlərə diqqət yetirməyə başlayır insan. Dəyər dəyişimi seksdə də baş verir. Massaçuset institutunun alimlərinin apardığı araştırmalardan müəyyən olunub ki, seks zəifliyindən əziyyət çəkən kişilər demək olar ki, seks öncəsi sevişməyə heç bir zaman önəm verməyiblər. Araşdırmalar onu da aşkar edib ki, belə sekslə məşğul olan qadınların cinsi orqanlarında xüsusi maddə ifraz olunur ki, bu da sonralarda kişilərdə potensiyaya təsir edir.

 

ŞƏRH YAZIN