Sevgini öyrənmək lazımdır

0
4324
Sevgini öyrənmək lazımdır

Bizlər sevgi barəsində olduqca az bir məlumata sahibik. Hindistanlı Bxaqvan Şri Racniş (dünyada Oşo kimi tanına) sevgi haqqında çoxlu kitablar yazmış və bu kitablar 55 dildə dərc olunmuşdur.

Sevgini öyrənmək lazımdır

Doğru insanın həyatınıza girəcəyini gözləməyin. Əgər bunu sevgi ilə eyni hesab edirsiniz isə doğru insan həyatınıza heç bir zaman girməyəcək. Sevməyə davam edin. Sevginizi nə qədər çox paylaşsanız çox güman ki, həyatınızda məhz sizin istədiyiniz doğru insan da olacaq.

Əsl qadın incə, zərif və zəif olmalıdır. Kişi isə kişiliyindən çıxmamalıdır. Məhz əsl qadın və əsl kişi bir yerə gələndə daha böyük sevgi yaranın, kişi və qadın bir birilərindən daha çox həzz alırlar. Zaman getdikcə kişilər zəifləyir, qadınlar güclənirlər. Tez və ya gec kişi və qadın arasında fərq aradan qaldırılacaq və sevgi münasibətləri rəngarəngliyini itirəcəklər.

Ailə həyatını poetik ruhda qurmaq olmaz. “Yerə düşmək” mütləqdir. İnsan lazımi qədər yetkin olmalıdır ki, ailə həyata qursun.

Yetkinlik o deməkdir ki, insan romantik ruhdan çıxmış və sakit düşünə bilir. Yetkin insan atdığı addımı analiz edə bilir, yarana biləcək problemləri götür-qoy edir. İnsanlar bilə-bilə başqalarının problemlərini üzərlərinə götürərək ailə qururlar. Onlar gələcəyi gül-çiçək görmürlər. Həyatın bütün çətinlikləri ilə mübarizə aparmağa hazırdırlar.

Qadını dəyişmək istəyirsiniz isə onunla razılaşın. Onun beynində nə olduğunu öyrənmək istəyirsiniz isə üzünə baxın lakin qulaq asmayın.

Əsas şərt bundadır: sevdiyiniz insana azadlıq verin. Əgər o, bugün xoşbəxtdirsə onu rahat buraxın. Xoşbəxtliyini onunla bölüşə bilmirsiniz isə lazım deyil, kənara çəkilin onun xoşbəxtliyinə mane olmayın. Əgər kədərlidirsə və sizin əhval-ruhiyyəniz yaxşıdırsa və onun ağlamaq fikriniz yoxdursa yenə kənara çəkilin, onu hissləri ilə yalnız buraxın. Öz əhvalınıza sevgilinizin əhvalını uyğunlaşdırmağa çalışmayın. Bir-birinizə azadlıq versəniz arada hörmət də artacaq, hörmət isə sevginin əsas təməllərindən biridir.

Hər bir insan sirrdir, dərinə getdikcə onun sonsuz daxili dünyasının şahidi olursan. Ailədə və sevgidə siz həmişə doğru deyilsiniz. Əgər həyat yoldaşınız ilə aranızda sevgi və istək varsa yaranan problemlərinin günahını hər kəs ozündə görəcəkdir. Bu zaman münasibətlər daha da dərinləşir, ürəklər üzləşir və sərhədlər açılır.

“Əsl sevgi” nədir? Həmin insanın yanınızda olması sizi xoşbəxt edir, ekstaz hissi keçirirsiniz, ürəyiniz xoşbəxtlik ilə dolur, özünüzü bir bütün hiss edirsiniz. Sakitləşirsiniz, ruhunuz sevinir. Bu sevgidir.

Qadın tamamilə bir kişi ilə xoşbəxt ola bilər. Beləki, ona onun bədəni yox, daxili dünyası maraqlıdır. Qadınlar fit bədən quruluşuna malik kişilərə aşiq olmurlar. Onlar kişilərdə daxili gözəllik, xarizma axtarırlar.

Qadınlar və kişilər arasında mütləq bir fərq vardır. Qadınlar daha dərin hissləri keçirməyə malikdirlər. Qadınların sevgisi daha dərin və daha ucadır. Kişilərin sevgisi isə, Oşoya görə, fizioloji cazibəyə əsaslanır.

Sevginin ilk dərsi sevgini vermək, onu tələb etməməkdir. Bir çox insanlar sevgi göstərərkən mütləq əvəzində nə aldıqlarına fikir verirlər. Belə insanlar şərt ilə sevirlər. Əsl sevgi şərtsizdir!

 

ŞƏRH YAZIN