Sms-Çatı Seksə Necə Çevirmək Olar

0
3633
Sms-Çatı Seksə Necə Çevirmək Olar

SMS yazışmanız erotik olmağa başlayır? Münasibətlərdə yeni səviyyəyə keçməyin vaxtıdır.

Əgər qadının etirazı yoxdursa seksual sms yazışmalar vaxt keçirməyin heç də pis üsulu deyildir. Lakin bir gün artıq real seksə keçməyin zamanı gəlib çatmalıdır. Əsas səhvə yol verməyəsiniz.

Tələsməyin

Bəli, bəzi kişilər artıq tanışlığın 5-ci dəqiqəsindən sonra qadınla yatağa girmək istəyirlər. Ağıllı olun, qarşınızdakı potensial seks tərəfdaşınızı qorxutmaq lazım deyil. Yazışmanı az bir işvə ilə başlayın.

Qorxmayın

Bir müddətdən sonra qadının reaksiyasını müsbət hesab etsəniz daha açıq-saçıq mövzulara toxuna bilərsiniz. Açıq-saçıq zarafatlardan, atmacalardan utanmayın. Yadda saxlayın ki, bu məsələlərdə üzr istəmək, icazə almaqdan daha yaxşıdır.

Reaksiyasını yoxlayın

Daha dərin mövzulara toxunaraq, qadına diskomfort yaşatmadığınıza əmin olun. Əgər qadın narahat olursa bu cür mövzulara ara vermək lazımdır. Bir müddət sonra yenidən cəhd edə bilərsiniz.

Şəkillə ehtiyatlı olun

Müasir dövrdə şəkillərin internetdə yayılma sürətindən xəbəriniz var. Bədən quruluşunuz nə qədər fit olsa da çılpaq şəklinizi göndərməyə ehtiyac yoxdur. Yox əgər qadın inad edirsə, bu zaman üzünüzün görünmədiyi şəkli göndərə bilərsiniz.

Sözdən işə

SMS yazışmada heç bir zaman real həyatda edə bilməyəcəyiniz bir şey barəsində söz verməyin. Qadını xarizmanız ilə təəccübləndirməyə çalışın və şişirtmələrdən uzaq olun. Əks halda qadın sizin yazışmaları tirpaşlıq hesab edəcək və sizi çox “uzaqlara göndərəcək”.

Bunu edin

Əlbəttə ki, bu cür yazışmaların sonu hamıya bəllidir. Əgər siz yazışdığınız qadınla uzaq məsafələrdəsizsə bu yazışmanı davam etdirib etdirməmək sizdən asılıdır. Yox əgər eyni şəhərdə yaşayırsınız isə bu zaman real görüşmələrə keçməyin zamanıdır. Görüş təyin edin və yaxşı olar ki, qadın görüşə gələrkən onun nə ilə yekunlaşacağı barəsində məlumatlı olsun.


 mənbə : idol.az

ŞƏRH YAZIN