Ucuz başa gələn görüşlər

0
2452
Ucuz başa gələn görüşlər

Kişilər üçün ideal qızla görüş – ucuz başa gələn görüşlərdir. Hətta əgər siz görüşdüyünüz xanımla seks fikri ilə münasibətdəsinizsə, həmin gecə sizə seks də nəsib ola bilər.

Biz qızları görüşə dəvət edən də, sevdiyinizlə gözəl zaman keçirmək, nişanlınızla bir yerdə olmaq, gecənizə sekslə rəng qatmaq kimi fikirlər olur. Qızlar bahalı məkanları xoşlar, ən pafoslu yerlərdə oturub vaxt keçirmək istərlər. Lakin sizin cibiniz buna imkan vermir? Qorxusu yoxdur! Biz sizə bir neçə ucuz başa gələ biləcək görüşlər haqqında məlumat verəcəyik.

Kinoya baxın

Siz tək qalırsınızsa evinizə çağırın, o tək qalırsa olara gedin, ən yaxşısı isə bağ varsa bağa gedin. Rahat bir divanda yerləşin, isti çay içib rahat mühit yaradın. Bir iki şirniyyat gətirin. Kino seçin, melodram və ya qorxu filmlərini təklif edin. Qorxmuş və ya kövrəlmiş qız daha tez qucağınıza gələcək.

Piknik

İsti bəzən də sərin havalar piknik üçün həmişə səbəbdir. Əsas olan piknik edəcəyiniz yerdə çoxlu insanların olmamasıdır. Yüngül yeməklərlə ehtiyatlanıb, maşın varsa maşınla, velosiped və ya ictimai nəqliyyat da ola bilər, piknikə gedin. İki nəfərlik piknik olduqca romantik və ucuz başa gələn görüşdür.

Ulduzları seyr etmək

Qızlar romantikanı sevirlər. Ulduzları seyr etmək isə olduqca romantikdir. Sevgilinizi axşam evin damına görüşə çağırın. Hər kəsdən gizli olacaq bu görüş həyacanını daha da artıracaq. Çalış həmin gün güclü külək olmasın. Maksimum xərc – bir termos çay. Mobil telefonunda romantik musiqilərin sədaları altında sevgilinizlə ulduzları seyr edə bilərsiniz. Qucaqlaşaraq keçirdiyiniz bu görüş yaddaşlardan heç bir zaman silinməyəcək.

Maşınla gəzinti

Əgər siz görüşdən seks gözləyirsiniz isə maşın sizə kömək olacaq. Şəxsi və ya dostların maşını bu hallarda inanılmaz cazibəyə malikdir. Maşınla sakit bir yerə gedərək, sekslə məşğul ola bilərsiniz.

Romantik şam yeməyi

Dadlı yeməklər hazırlayın, bacarmırsınız isə sifariş ilə əldə edin. Romantik musiqi, əgər spirtli içki gəbul edirsiniz isə şampan şərabı sizin sevgilinizlə gecənizi unudulmaz edəcək. Evli kişilər üçün bu ən yaxşı görüş hesab olunur. Beləki, öz evində, öz yatağında. Bundan yaxşı və ucuz nə ola bilər?

 

ŞƏRH YAZIN