Yalan danışan insan cəmiyyətdə nüfuzunu itirməklə yanaşı, həm də özünə qarşı mənfi fikir formalaşdırır. Bu cür insanların ən səmimi, ən doğru sözü də öz doğru keyfiyyətini itirərək, birbaşa olaraq yalan kimi qəbul edilir.
Məşhur yazıçı Mark Tvenin yalan haqqında maraqlı fikri var: “Həqiqət ayaqqabılarını geyinincə, yalan dünyanı artıq üç dəfə gəzmiş olur…”
Elə bu fikrə əsaslanaraq demək olar ki, yalan dünyada daha çox inkişaf edib. Yalanın mahiyyəti insanların cinsinə görə də dəyişə bilir.
Korrektor: Əliyeva Aynur