Cazibə Qanunu

0
3651
 Cazibə Qanunu

Fərdi inkişaf və uğur ilə maraqlananlar, uğur hekayələri oxuyanlar mütləq “Sirr” filmi və yaxud da kitabı ilə rastlaşıblar.
 
Cazibə qanunu nədir?
Kainatın gizli işləyən bir qanunudur. Bir şeydən çox qorxduqda onun başa gəlməsi də bu qanunla bağlıdır. Bir şeyi dərindən istədikdə olması da bununla bağlıdır. İstədiklərinizə nail olmaq üçün hər gün və boş qaldığınızda bu haqda fikirləşin. Sonra önünüzə gələn fürsətlərə diqqət edin. Kainatdakı qüvvə sizə fürsətlər verəcəkdir. Əgər inansanız fürsətlər də gələcək. Yaxşı şeyləri fikirləşəndə gerçəkləşdiyi kimi, pis şeyləri də fikirləşəndə gerçəkləşir. Buna görə də pis şeylər yerinə yaxşı şeylər fikirləşin. Məsələn, imtahana pis qiymət almaq qorxusu ilə hazırlaşanda bu olur. Biz bunu özümüz edirik. Ümidsiz hazırlaşmaqla ya da ki, hazırlaşa bilməməklə. Inamla hazırlaşanda isə daha yaxşı olur. Bu qanunun açıqlaması bundadır. Qeyri adi başqa bir şey yoxdur.  
 
Çalışan qazanır!  Ümid edən, inanan isə çalışır!
 

ŞƏRH YAZIN