1 Stəkan Su Ilə Arzunu Reallaşdır!

0
10312
1 Stəkan Su Ilə Arzunu Reallaşdır!

Arzunu reallaşdırmaq istəyirsənsə, bunun üçün çox yol sınaya bilərsən. Amma o yolların içində elə bir variant var ki, çox maraqlıdır. Dediklərimizi eynilə tətbiq edin və nəticəyə baxın.
Öz istəyinizi kağız vərəqdə, mütləq müsbət formada yazırsınız. Məsələn: "Ən gözəl və cazibədar mənəm! Mənim daxili cazibədarlığım və seksuallığım var. Mən elə bir qadınam ki, məndən işıq gəlir və mən kişiləri özümə maqnit kimi çəkirəm. Mənim üçün nəzərdə tutulmuş kişi çox tezliklə məni tapacaq!"
Vərəqi stolun üstünə qoymaq lazımdır, onun üzərinə isə 1 dolu stəkan su qoyulmalıdır. Ovclarınızı bir qədər isladın və təsəvvür edin ki, ovuclarınız arasında yaranan enerji ötürülür.
Sonra əllərinizi elə tutun ki, sanki stəkanı əllərinizlə bürüyürsünüz, ancaq stəkana toxunmayın. Arzunuzu bir neçə dəfə təkrarlayın. Yaxşı olar ki, arzunuzu ucadan səsləndirəsiniz, bir şərtlə ki, yerinə yetəcəyinə əmin olub şüurlu şəkildə təkrar edəsiniz. Təsəvvür edin ki, o yerinə yetir. Çalışın bu proseduru 2 dəfə, səhər ayılan kimi və axşam edəsiniz.
Və inanın ki, arzunuz mütləq yerinə yetəcək
Bu dəfələrlə yoxlanılıb, həm də müxtəlif arzular üçün.
Arzuları sınayaq
Düşüncə formaları – bu açıqca istəkləri ifadə edir. Düşüncə formalarında hər şeyi işlədin, nəyi ki, fikirləşə bilərsiniz. Məsələn, əgər sizin yarınız varsa, "mən kişiləri özümə maqnit kimi çəkirəm" in əvəzinə "mən insanların rəğbətini qazanıram" və yaxud "Mən - yaraşıqlı və gözələm və gündən-günə daha sevimli oluram" . Və siz yaxşılığa doğru dəyişikliyi hiss edəndə çox təəəccüblənəcəksiniz.
"Yox" sözünü qəti şəkildə işlətmək qadağandır
Sizin istəkləriniz dəqiq və düzgün tərtib olmalıdır. Ən əsası - təskinləşdirici olmalıdır. Heç bir müccərrəd və müəmma olmamalıdır. Əgər bir neçə məqsədə çatmaq istəyirsinizsə, hər şeyi ardıcıllıqla edin – bu gün bir arzu, sabah isə başqasını. Necə deyərlər- 1 stəkan su 1 arzu.
Əgər arzunuz sağlamlıq ilə bağlıdırsa, onda arzu tutduğunuz su şəfa verici xüsusiyətlər əldə edəcək, amma yalnız sizin üçün. Bunu bir qədər müqəddəs suya da bənzətmək olar.
Kağız vərəq - məqsədə çatmaq üçün sonuncu vasitə deyil
Əgər arzu vərəqə yazılırsa, onda əlavə güc, qüvvə yaranır. Ona görə ki, yazılmış və stəkana yapışmış sözlər daha güclü olur. Təcrübələr sübut etmişdir ki, "sevirəm", "çox sağ ol" və başqa xoş sözlərdən olduqca gözəl qar dənəcikləri yaranır. Acı sözlərdən isə formasız buz alınır.
Ancaq hər nə olursa olsun, burada əsas rolu insan və onun məqsədi oynayır, o vaxt ki, o, sözləri dilinə gətirir və yaxud yazır.
Əllərin enerjisi arzunu gücləndirir.
Hər bir insanın güclü enerjisi var. Əgər siz onu hiss etmirsinizsə, bu qorxulu deyil. Sadəcə təsəvvür edin ki, hər şey alınacaq. Əslində "Bir stəkan su" metodikası çox sadədir, heç də enerji ilə işləmək bacarığı tələb etmir, əsas odur ki, stəkan əllərinizin arasında olsun. Stəkanla bütün manipulyasiya başa çatanda, mütləq həmin suyu için!
Asta-asta, düşünərək için. Sizin enerjinizlə dolmuş suyun dadı hiss olunur.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN